Bürokratiya, özbaşınalıq, intihar... Nazirlər rayonlara səfərbər olunur - Təcili

Bürokratiya, özbaşınalıq, intihar... Nazirlər rayonlara səfərbər olunur - Təcili Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu ilə bağlı vaxt açıqlanıb

Ulus.Az xəbər verir ki, qəbulu nazirlər, komitə rəhbərləri həyata keçirəcək.

Görüş zamanı vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.

Hər gün mətbuatda müxtəlif regionlardan yüzlərlə şikayətlər çap olunur, prezidentə müraciətlər göndərilir, insanlar üzləşdiyi çətinlikləri, bürokratik əngəlləri, yerlərdəki məmurların özbaşınalıqlarını diqqətə çatdırırlar.

Onlar Bakıdan - mərkəzdə oturan rəhbər şəxslərdən yardım umurlar. Amma bəzi nazir və komitə sədrləri rayonlara üz tutmur, insanlarla açıq görüşlər keçirmir.
İstisna tədbirlər təşkil olunur ki, əksəriyyətində öyrədilmiş adamlar iştirak edir, yenə də vətəndaşın dərdini eşidən olmur. Ona görə də nazirlər yenidən görüşlərə göndərilir.

Çünki yerlərdə intiharlar, özbaşınalıq, şikayət məktubları yenidən çoxalmağa başlayıb. Hakimiyyət xalqla təması genişləndirməlidir.
Məsələn, vergilər naziri Fazil Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıdan kənara çıxmırlar.

Onlar əyalətlərdə, bölgələrdə sahibkarların, fermerlərin problemləri ilə maraqlanmırlar. Xüsusən qeyri-neft sektorunun inkişafı dövründə onların səfərlərinə ciddi ehtiyac var.

Prezidentin tələbi ilə nazirlər rayonlara gedir, əhalinin şikayətlərini dinləyirlər.

Ayrı-ayrı qruplar halında deputatlar da rayonlara səfər etməli, insanlarla görüşməli, sosial ehtiyaclarını öyrənməlidir.

Çünki qanunlardakı boşluqları xalq daha yaxşı hiss edir və onların nə kimi təklifləri var. Azərbaycan hökuməti 2011-ci ildən nazirləri bölgələrdə səyyar qəbula göndərir.

Rayonlarda narazı vətəndaşlarla görüşlər keçirilir, əhalinin şikayəti dinlənir, problemləri qismən də olsa həll edilir.

Elə ehtimal olunurdu ki, nazirlərin rayonlara səfərləri mövsümi xarakter daşıyır. Ancaq bu proses davam edir. Camaatın şikayəti isə azalmır ki, azalmır.
Üstəlik, nazirlərin bölgələrə göndərilməsi ilə yanaşı “ASAN xidmət” layihəsi də fəaliyyətdədir.

Göründüyü kimi, vətəndaşlar yenə də narazıdır, insanların haqları tapdanır, yerlərdə məmurlar camaata “qan uddurur”.

Şikayətlər regionlardan mərkəzə ya çatmır, ya da çatanda icra hakimiyyəti tərəfindən şikayətçi cəzalandırılır, təzyiqlə üzləşir.
Tarix: 29-04-2017, 08:17
Xəbəri paylaş





Xəbər lenti