Eldar Mahmudovla işləmiş nazirlərin istefasına ilginc hazırlıq - Təfərrüat

Eldar Mahmudovla işləmiş nazirlərin istefasına ilginc hazırlıq - Təfərrüat Adı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi ilə işbirliyində hallanmış nazirlərin, komitə sədrlərinin mərhələli şəkildə vəzifədən gedəcəyinə hazırlıq görülür

Ulus.Az xəbər verir ki, Eldar Mahmudovun hakimiyyətdə klan yaratdığı söylənilir və onunla bağlı bir neçə nazir və komitə sədrinin olduğu deyilir.

Keçmiş səfir Arif Məmmədovun E.Mahmudovun əlindəki rıçaqlardan istifadə edərək, hakimiyyət daxilində ən effektli klan qurub ona başçılıq etməsini deməsi bu hadisələrə qismən işıq salır.

Sabiq səfir deyib ki, Mahmudov klanına çox məşhur nazirlər daxil imiş. E.Mahmudov bu klan vasitəsilə Prezident Administrasiyası ilə dirəşir və özü kimi, administrasiyanı saymayan nazirlərin də “yeyilməməsi” üçün onları müdafiə edirmiş. Sabiq nazirə bağlı olduğu deyilən deputatların sıyahısı çox ilgincdir.

Çingiz Əsədullayev (həm də sabiq nazirin qudasıdır), Malik Həsənov, Rüfət Quliyev, Əsabil Qasımov, Hacı Salayev, Rafael Cəbrayılov. Yəni hamısı biznesmen-deputatlar, oliqarxlara bağlı iş adamlarıdır.

Ulus.Az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşının sabiq MTN şefinin siyahısında olması Eldar Mahmudovun “kölgə hökumətinə” xəbərlərə diqqəti artırır.

Son günlər belə xəbərlər var ki, MTN-də baş verənlərdən sonra Kərəm Həsənov və onun özünə də bağlı iş adamları ciddi təlaşdadır.

Bu günə kimi icra başçıları, komitə sədrləri, nazirlər MTN işində adı keçib. Eldar Mahmudovun siyasi komandası olub. Eldar Mahmudov və onun dəstəsi bu günə hazır gəliblər. 11 il 3 ay Eldar Mahmudov MTN şefi olub.

Bu çox böyük bir zamandır. Yemelyanovdan sonra Eldar Mahmudov Azərbaycan xüsusi xidmət orqanlarında ikinci ən uzun müddətli rəhbər idi. Yemelyanov 14 il rəhbər olub, Eldar Mahmudov 11 il 3 ay.

Namiq Abbasov 9, Yusifzadə isə 8 il xüsusi xidmət orqanlarında rəhbər olub. Bu müddət ərzində Eldar Mahmudov hazırlaşıb. Eldar Mahmudov tək hazırlaşmayıb, dəstəsi də bu günlərə hazırlaşıb.

Ulus.Az
Tarix: 1-05-2017, 21:30
Xəbəri paylaş





Xəbər lenti