Azərbaycanla saziş üzrə məruzəçi:"Bir çox Avropa ölkəsi bu regionda baş verənləri bilmək istəmir"
Bir çox Avropa ölkəsi Dağlıq Qarabağda baş verənlər haqqında bilmək istəmir.
Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin Aİ və Azərbaycan arasında hərtərəfli saziş üzrə məruzəçisi Norika Nikolai “Euroactiv”ə müsahibəsində deyib.
N.Nikolai bildirib: “Mən Dağlıq Qarabağdan olan məcburi köçkünlərlə görüş təşkil etməyə gələndə yadıma gəlir ki, onların Avropa Parlamentinə gəlib Dağlıq Qarabağı tərk etməli olduqlarından sonra nələrin baş verdiyi haqqda ifadə vermək üçün Fransanın Bakıdakı səfirliyində viza ala bilməmələrinin şahid oldum. Hesab edirəm ki, burada erməni lobbisinin əli var idi. Erməni lobbisi böyük nüfuza malikdir. Təəssüf ki, bir çox Avropa ölkəsi hadisələrə erməni lobbisinin təsiri altında reaksiya verirlər və bu regionda baş verənləri bilmək istəmir”.
N.Nikolai qeyd edib ki, Aİ Azərbaycanı dəstəkləməlidir.
Tarix: 17-05-2018, 23:07