Kreml Nikolu bitirə bilər: - Qiyam və Bakıya eyham...


Kreml Nikolu bitirə bilər:
Rusiya tarixi forpostunun avrointeqrasiya xəttinə asanlıqla razılıq verməyəcək və buna mane olmağa çalışacaq.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hətta Rusiyanın əlinin altında İrəvanla bağlı indidən hazırlanmış bir neçə əməliyyat planının olduğunu bildirib:

“Birincisi, Rusiya Ermənistanın daxilində olan hərbi qüvvələrdən və 5-ci kolonundan istifadə etməklə, ölkədə çevrilişə bənzər yeni bir proses təşkil edəcək. Moskva Ermənistandakı Rusiya meyilli şəxslər hesabına bunu çox asanlıqla edə bilər. İkinci variant isə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini qızışdırmaq olacaq. Yəqin ki, Rusiya o zaman Azərbaycana vədlər verməklə və “prosesə qarışmayacağıq, nə bacarırsınızsa, edin” eyhamı ilə Bakıya kartblanş verəcək. Onsuz da Azərbaycan tərəfindən müəyyən hərəkətlənmələr gözləniləndir. Əgər Moskva Bakıya bu kartblanşı verərsə, Azərbaycan üçün daha geniş perspektivlər açılacaq və Ordumuz hərbi əməliyyatlara başlayacaq”.

Politoloqun sözlərinə görə, ermənilər bu məğlubiyyəti həzm edə bilməyəcək və nəticədə Ermənistanda antihakimiyyət əhval-ruhiyyəsi artacaq:

“Yeni rəhbərliyə qarşı ultra-vətənpərvər hücumlar təşkil ediləcək. Bu isə Paşinyanın Qarabağ klanına qarşı təşkil etdiyi inqilabdan daha genişmiqyaslı olacaq və Ermənistan hakimiyyətinin sonu ilə nəticələnəcək. Yəni Rusiya Ermənistanın Qərbin maraqları dairəsinə keçməsinə imkan verməyəcək. Rusiya Ermənistan ordusuna təkcə son 10 ildə 5 milyard dollardan çox silah yardımı edib. Bunun müqabilində Rusiyaya arxa çevirməyin cavabının nə olacağını təsəvvür etmək o qədər də çətin deyil. Rusiya belə hallarda xəyanəti heç vaxt bağışlamır. Bu mənada Paşinyanın əl-qolu bağlıdır”.
 
Tarix: 18-05-2018, 09:48
Xəbəri paylaş





Xəbər lenti