Mayın-14-də ABŞ İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürdü. Bu hadisə, az qala, üçüncü cahan savaşının anonsu kimi dəyərləndirildi.
ABŞ Konqresinin 22 il bundan öncə qəbul etdiyi qərar nəhayət ki, həyata keçdi və bununla da Vaşinqton İsrail dövlətinin qarantı olduğunu bir daha nümayiş etdirdi.