Paşinyandan Putinə gözlənilməz ZƏRBƏ: Rusiya Bakının Qarabağ PLANINI DƏSTƏKLƏYƏCƏK


Paşinyandan Putinə gözlənilməz ZƏRBƏ: Rusiya Bakının Qarabağ PLANINI DƏSTƏKLƏYƏCƏK

Ermənistanda ordu Nikol Paşinyan iqtidarını devirərək, hakimiyyətə gəlmək niyyətindədir.

Publika.az
xəbər verir ki, Ermənistan mediası keçmiş prezident Serj Sarkisyanın ordudakı adamları ilə hakimiyyəti yenidən ələ almaq niyyətində olduğunu, hətta “kölgə kabineti”nin formalaşdırıldığını yazıb.

Məlumata görə, Nikol Paşinyanın baş qərargah rəisi Movses Akopyanı vəzifədən çıxarmasının arxasında məhz çevriliş planından xəbər tutması olub.

Erməni siyasi şərhçi Tevos Arşakyan yazır ki, Akopyan Rusiyanın Ermənistandakı “beşinci kalon”unun əsas simalarından idi: “Müdafiə Nazirliyində dəyişikliklər edildikdən sonra onun gedəcəyi real görünürdü, lakin bütün gözləntilərə baxmayaraq, Akopyan vəzifəsində qalmaqda idi”.

Erməni şərhçi qeyd edir ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənəndən sonra Moskva bütün güc strukturlarında öz agentlərini yerləşdirməyi daha da sürətləndirdi.

“Bəzi generallar, siyasətçilər, deputatlar, jurnalistlər, yazıçılar, oliqarxlar Rusiyanın “beşinci kalon”unda yer alır. Onlar sözdə erməni dövlət quruluşunun gücləndirilməsindən bəhs edirlər, reallıqda isə Ermənistan dövlət maraqlarını anlayışını Rusiya dövlət maraqlarına transformasiya etməklə məşğuldurlar. Akopyan da Rusiyaya bağlı qrupun nüfuzlu üzvlərində idi. Onunla yanaşı, Yuri Xaçaturov, Aykaz Baqmayan və Tiqran Parvanyan da eyni məqsədə xidmət edirdilər. Heç kim deyə bilməzdi ki, Ermənistanda kimsə Rusiyaya bağlı olanları cəzalandıra bilər. Lakin Paşinyan qəfil elan etdi ki, prezident Armen Sarkisyan onun müraciətinə əsasən Akopyanı vəzifəsindən çıxartdı”, - deyə o qeyd edib.

Arşakyan hesab edir ki, Paşinyan üzdə Rusiya ilə münasibətlərin saxlanılmasında tərəfdar kimi görünsə də, reallıqda Moskvanın İrəvandakı “əlləri”ni kəsməyə davam edəcək: “Məlumdur ki, Moskva baş qərargah rəisi kimi mühüm postda onun adamının “vurulması”ndan qəzəblənəcək. Çünki bu post Ermənistan ordusuna nəzarət imkanı verir. Bu təmizləmə Rusiyanın sərt reaksiyası ilə nəticələnəcək və yaxın dövrlərdə Bakı-Moskva xəttində yaxınlaşma daha da güclənəcək. Nəticə etibarilə, Moskva Azərbaycanın Qarabağı hərbi yolla qaytarmaq planına göz yuma və ciddi hərbi toqquşma başlaya bilər. Bunun indiki məqamda baş verməsi İrəvanın Qarabağı əlində saxlamaq imkanlarını zəiflədir”.

Tarix: 25-05-2018, 23:24
Xəbəri paylaş





Xəbər lenti