Türkiyə qüvvələrini bu bölgədə ABŞ-la birləşdirir - Xarici işlər naziri şərtlərini açıqladı


Türkiyə qüvvələrini bu bölgədə ABŞ-la birləşdirir - Xarici işlər naziri şərtlərini açıqladı

4 iyun tarixində Vaşinqtonda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və amerikalı həmkarı Mayk Pompeo arasında baş tuutacaq görüşün yol xəritəsi bəlli olub.

Publika.az xəbər verir ki, tərəflərin razılşaması təqdirində YPG/PYD terror təşkilatı Suriyanın Münbiç şəhərindən çəkiləcək. Bölgədə Türkiyə və ABŞ-ın hərbi qüvvələri birgə təhlükəsizliyi təmin edəcək.

Xəritənin böyük qisminin Ankaranın istəyinə uyğun olaraq hazırlandığı bildirilib. Adının açıqlanmsını istəməyən səlahiyyətli bir şəxs xəritənin hazırlanmasında Türkiyə xarici işlər nazirinin önəmli rolunun olduğunu vurğulayıb.

Çavuşoğlu daha öncə mövzu ilə bağlı verdiyi açıqlamada əsas prinsipin tərəflərin sayında nisbətin təmin olunması olduğunu bildirib:

“YPG heç bir şəkildə olmayacaq. Münbiç boşaldıqdan sonra orada ABŞ və türk əsgərləri olacaq.YPG-nin geri çəkilməsinə nəzarət edəcəyik. Əvvəl bu modeli Münbiçdə tətbiq edəcəyik. Daha sonra digər bölgələrdə. YPG çəkilməsə, biz Afrində, Kandildə olduğu kimi terrorçulara müdaxilə etmək məcburiyyətində qalacağıq. Ancaq Pompeonun niyyətinin qəti olduğunu gördüm. Münbiçdə ABŞ-la birgə hərəkət edəcəyik”.

Tarix: 27-05-2018, 16:29
Xəbəri paylaş





Xəbər lenti