İsraildən Ermənistana tərs şillə - Bakı və Ankaraya mühüm jest


Azərbaycan yenə Türkiyə ilə yəhudi dövlətinin arasına girdi; Knesset saxta erməni soyqırımı iddiasını bu dəfə də rədd etdi – iki səbəb; Rusiya nəşri: “Azərbaycan İsrailin 3-cü əsas silah alıcısıdır...”

İsrail parlamenti - Knesset dünən qondarma “erməni soyqırımı”nı tanımaq haqqında qanun layihəsini müzakirə eləməkdən imtina edib. “Yeni Müsavat” İsrail nəşri “The Jerusalem Post”a istinadən xəbər verir ki, parlamentin spikeri Yuliy Edelşteyn sənədin gündəlikdən çıxarıldığını bildirib. Onun sözlərinə görə, belə bir qərar “Knessetdə xoşagəlməz situasiyadan qaçmaq üçün” verilib.

Yada salaq ki, az öncə bir qrup yəhudi deputat (əsasən solçular) Türkiyə ilə gərginləşən münasibətlərin fonunda belə bir təşəbbüslə çıxış eləmişdi. Təklifin müəllifi, “Mereç” Partiyasının lideri, deputat Tamar Zandberq bildirmişdi ki, “erməni soyqırımı”nın tanınmaması “İsrail dövlətinə mənəvi ləkədir və xüsusən də əgər bu, siyasi konyukturanın xeyrinə baş verirsə”.

Yəni bununla o, açıq-aşkar Türkiyə ilə münasibətlərə işarə vuraraq, tanımanın labüdlüyünü qeyd eləmişdi. Maraqlısı həm də o idi ki, ilk dəfə olaraq məsələnin parlament gündəliyinə salınmasına hökumət əngəl yaratmamışdı. Bu da narahatlıq yaradırdı. Ancaq göründüyü kimi, təhlükə sovuşdu.

*****

Təbii ki, nəticənin ermənilər üçün bu cür neqativ olmasında İsraildəki Azərbaycan lobbistlərinin məxsusi əməyi var. O sırada Azərbaycanı sevən bir sıra yəhudi ekspertlərin son günlər İsrail telekanallarında erməni faşizminin faş edən müsahibələri, ötən əsrin əvvəllərində Azərbaycanda 3 minə yaxın yəhudinin də ermənilər tərəfindən soyqırıma məruz qalması faktını ictimailəşdirməsi az rol oynamadı.  

Ä°lgili resim  

Ancaq iki amili xüsusi vurğulamaq lazım gəlir. Onlardan biri əlbəttə ki, mühüm müsəlman ölkələri kimi Türkiyə və Azərbaycanın İsrailin mili təhlükəsizliyində oynadığı rolla bağlıdır. Bəllidir ki, iki nüfuzlu və qardaş ölkə İsraillə geniş iqtisadi və siyasi-diplomatik əlaqələrə malik azsaylı müsəlman dövlətlərindəndir.

İkinci vazkeçilməz faktor kimi, İsraillı Azərbaycan arasında münasibətlərin strateji xarakter daşımasını göstərmək olar. Xüsusilə də iki dövlət arasında hərbi və hərbi-texniki sahədə ilbəil genişlənən əməkdaşlığı qeyd eləmək lazım gəlir. Yəni qarşılıqlı asılılıq məsələsi. Ancaq bunu da əminliklə söyləmək olar ki, yəhudi dövləti ilə Türkiyənin arasında əslində bu dəfə də Azərbaycan (amil) girmiş oldu. Bununla da üç ölkəyə müstəsna olaraq zərər gətirəcək təhlükəli bir insident aradan qalxmış oldu. İşğalçı Ermənistana tərs bir şillə, Azərbaycana və Türkiyəyə isə növbəti mühüm reverans, jest edildi.

*****

Yeri gəlmişkən, Azərbaycan İsrailin üçüncü ən böyük silah alıcısıdır. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Rusiyanın nüfuzlu nəşri olan “Nezavisimaya qazeta” yazıb.

israel parliament ile ilgili görsel sonucu

Məqalədə deyilir: “Stokholmdakı Dünya Problemlərinin Tədqiqi Beynəlxalq İnstitutunun (SIPRI) məlumatına görə, 2017-ci ildə İsrail silah-sursat və xüsusi texnika ixrac edən ölkələrin birinci beşliyinə daxildir. Belə ki, o, ABŞ, Rusiya, Fransa və Almaniyadan sonra 5-ci yeri tutur. Ötən il İsrail hərb sənaye kompleksinin ixrac elədiyi əsas məhsullar raket sistemləri və havadan zərbə əleyhinə sistemlər (31%), radarlar və radioelektron əks-təsir vasitələri olub (17%). Son illər İsrailin ən böyük silah alıcısı Hindistan olaraq qalır - Dehli 2017-ci ildə 715 milyon dollarlıq silah alıb. İkinci yeri Vyetnam (142 milyon dollar), üçüncü yeri isə Azərbaycan (137 milyon dollar) tutur”.

israel parliament armenian genocide ile ilgili görsel sonucu

Nəşr Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin səviyyəsinə də diqqət yönəldib. “Diqqətçəkicidir ki, İsrailə fəal əlaqələrə, o cümlədən hərbi sferada geniş əməkdaşlığa rəğmən, Azərbaycan İsraildə öz səfirliyini açmağa tələsmir, hərgah, rəsmi diplomatik münasibətlər qurulmuş sayılır və hələ 1993-cü ildən Bakıda İsrail səfirliyi fəaliyyət göstərir”, - deyə məqalədə qeyd edilib.

*****

Şübhəsiz ki, hər bir dövlət özünün milli maraqları əsasında öz xarici siyasət prioritetlərini və dost-tərəfdaşlarını müəyyən  edir. Ərazisinin 20%-i erməni işğal altında olan Azərbaycanın da öz prioritetləri var. Bu sırada ölkənin hərbi qüdrəti və döyüş qabiliyyətinin artırılması, işğalçı üzərində əzici hərbi və iqtisadi üstünlüyü təmin eləmək imperativi öndə gəlir.

Sözsüz ki, bu hədəflərə çatılmasında İsrailin məxsusi payı var. Üstəlik, nüfuzlu yəhudi lobbisinə çıxış erməni yalanlarının faş edilməsi və Qarabağ gerçəyin təbliğində əhəmiyyətli rol oynayır. Nə etməli dünya belə qurulub. Təbii ki, Azərbaycan islam ölkəsi olaraq, müsəlman dünyası ilə, Ermənistanı işğalçı kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri ilə əlaqələrə də mühüm önəm verir. Bu əlaqələr də bizim xarici siyasət prioritetləri arasında yer alır və alacaq.

Əsas odur ki, strateji əhəmiyyətli bu əlaqələrdən biri digərinin hesabına qurulmasın. Biz həmçinin onun marağındayıq ki, Azərbaycana mühüm tərəfdaş və dost ölkələr arasında (İsrail, Türkiyə və s.) gərginlik, dərin çatlar yaranmasın. Balansı siyasəti davam etdirən Azərbaycan hələ ki bunu bacarır...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Tarix: 30-05-2018, 10:36
Xəbəri paylaş





Xəbər lenti