Milyarder, dünyadakı bir çox “rəngli inqilab”ın maliyyə dəstəkçisi olan Corc Soros yenidən kampaniyaya başlayıb.
Cebhe.info xəbər verir ki, bu barədə “The Times" yazıb.
Nəşrin yazdığına görə, maliyyəçi Corc Soros Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına dair ikinci referendum kampaniyası başlatmaq niyyətindədir.
Belə ki, Soros “Brexit"i hər iki tərəf üçün məqbul olmayan hesab edir. Buna görə də ikinci referenduma dair kampaniya yaxın günlərdə başlayacaq.
Xatırladaq ki, bundan əvvəl İngiltərə Bankının rəhbəri Mark Karni hər bir ev təsərrüfatının “Brexit"dən 1000 avro itirdiyini bildirib. Ümumdaxili məhsul isə referendumdan sonra 2 faiz azalıb.
Xəzər