Trampın Əliyevə məktublarının MÜQAYİSƏLİ TƏHLİLİ: “Onun demokratiyanın inkişafı , məhkəmə islahatları kimi dərdi yoxdur” - POLİTOLOQ


ABŞ prezidenti Donald Tramp president İlham Əliyevə ikinci məktubunu da göndərib. Ağ Evin sahibi prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik edib. 

Cebhe.info xəvər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Donald Trampın ötəndəfəki təbrik məktubu ilə budəfəki məktubunu müqayisə edib.

Qeyd edək ki, ötən il  də Tramp İlham Əliyevə göndərdiyi məktubda Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi münasibətilə təbrik etmişdi. Hər iki məktubun müqayisəsi zamanı vacib nüanslar ortaya çıxıb. 

Politoloq qeyd edib ki, Ağ Ev sahibi ötənilki məktubunda sadəcə Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllinə ümidini vurğulamışdı:“Cümhuriyyətimizi təbrikiylə bağlı builki məktbunda isə çox önəmli cümləyə yer verib: "Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq”. Bu cümlə üzərində hələ də baş sındırırıq ki, Tramp “yaxın aylar” və “yeni imkanlar” dedikdə nəyi nəzərdə tutub?” 

Elxan Şahinoğlu Trampın sərgiylə bağlı məktublarının da müqayisəsini aparıb. O deyib ki, Tramp budəfəki məktubunda ancaq enerji məsələlərinə toxunub: “Onun məktubundakı aşağıdakı cümlələr də bundan xəbər verir: - “Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir”,  “Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir”,  “Enerji layihələrinizin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm”, “Böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə əməkdaşlıq etmək əzmindəyəm". 

Bəs Donald Tramp sərgiylə bağlı ötən il göndərdiyi məktubda nələri vurğulamışdı? Əlbəttə, Ağ Ev sahibi ötənilki məktubunda da enerji əməkdaşlığının əhəmiyyətini vurğulayırdı. Sadəcə, ötən il hələ Cənubi Qaz Dəhlizinin tikintisi davam edirdi, ona görə də bu nəqliyyat xəttinin üzərində xüsusi dayanmamışdı. Budəfəki sərgidə isə Cənubi Qaz Dəhlizininin birinci mərhələsi tamamlanıb və Azərbaycan qazı Türkiyəyə istiqamətlənib. Donald Trampın ötənilki təbrikində ən diqqətçəkən cümlə bu idi: “ABŞ məhkəmə sistemində islahatlar, demokratiyanın inkişafı sahələrində Azərbaycanla əməkdaşlığa hazırdır”. Builki təbrik məktubunda isə ötənilki cümlə bu şəkildə ifadə olunub: “Enerji layihələrinizin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm”. 

Ağ Ev sahibi Azərbaycanla əməkdaşlıqda diqqəti xüsusi olaraq “məhkəmə sistemində islahatlara” və ya “demokratiyaya” yönətlmək istəmir. Trampın hansısa ölkədə demokratiyanı inkişaf etdirmək və məhkəmə islahatlarını sürətləndirmək kimi dərdi yoxdur. Bunu onun il yarımlıq prezidentliyi də göstərir”. 

Alçina Amilqızı

Tarix: 30-05-2018, 14:06
Xəbəri paylaş





Xəbər lenti