Azərbaycanın olduğu bölgə qaynayır - Bakı özünü belə qorumalı...


Tofiq Abbasov: “Rəsmi Bakı çalışır ki, onsuz da gərgin vəziyyətdə olan bölgədə problemləri artmasın”; Əhəd Məmmədli: “Böyüyən Türkiyənin yanında olmaq Azərbaycan üçün artıq zərurətdir”

Son illərdə Azərbaycanın yerləşdiyi bölgədə dövlətlərin apardıqları nüfuz savaşı durmadan güclənir. Təsirlərini bölgənin digər ölkələrinə qarşı artırmaq istəyən iri güclər həm bir-birini sıradan çıxarmağa çalışırlar, həm də nisbətən kiçik dövlətləri nəzarətlərinə keçirməyə cəhdlər edirlər.

Təkcə Xəzərin hüquqi statusu ilə Xəzəryani ölkələr arasındakı mübarizə buna əyani sübutdur. Azərbaycanın belə bir təhlükəli regionda yerləşdiyi hər zaman gündəmdədir. Belə vəziyyətdə rəsmi Bakının hansı dövlətin yanında yer alması, mövcudluğunu qorumaq üçün hansı siyasətə üstünük verməsi barədə ən müxtəlif fikirlər önə çəkilir.

Politoloq Tofiq Abbasovun qənaətinə görə, Azərbaycanın siyasəti çoxşaxəlidir: “Bizə doğma, yaxın kateqoriyalara bölünən sistem yoxdur. Ermənistanı çıxmaq şərti ilə bölgədə bizə düşmən ölkə yoxdur. Hər bir dövlətlə əlaqələr qurmalıyıq. Dövlətlərin qoşulduqları bloklarda özünün xüsusiyyətləri var. Bir çoxlarından biz tranzit ölkələr kimi istifadə edirik. İqtisadi, ticari əlaqələrimizin çox yüksək olduğu bölgə dövlətlər də var. Münasibətlərimizin səviyyəsinə görə dövlətlər bir neçə kateqoriyaya bölünür. Rəsmi Bakı çalışır ki, onsuz da gərgin vəziyyətdə olan bölgədə problemləri artmasın, eyni zamanda olan problemin həllinə çalışır. Bölgə dövlətlərinin Ermənistan istisna olmaqla, hər biri ilə bərabər şəkildə bütün sahələrdə əlaqələr qurulur, sabitlik qorunur.

Politoloq Tofiq Abbasov ile ilgili görsel sonucu

Ermənistanla olan düşmənçilik bəzi hallarda hansı problemləri yaratdığını göstərir. Əgər ermənilərin ərazi iddiaları, saxtakarlıqları olmasaydı, Azərbaycan bu dövlətlə də münasibətlərini quracaqdı, onlardan da fayda, səmərə götürmək yerinə düşəcəkdi. Mənfur qonşu demək olar hər bir dövlətlə özünü qarşı-qarşıya qoyub. Bu baxımdan Azərbaycan onlar üçün təhlükəli dövlətə çevrilib. Bu da ermənilərin öz seçimləridir. Müharibələrin bölgəyə nə kimi problemlər gətirdiyi göz önündədir. Ən çox Ermənistanın özü bu qarşıdurmadan əziyyət çəkir. Azərbaycanın mövqeyi bölgədə, dünyada elədir ki, bir çox ölkələr bizimlə münasibətlər qurmağa çalışır, əməkdaşlığı genişləndirmək istəyir. Amma Ermənistanla bağlı əks mənzərəni görürük.

Bu ölkənin digər dövlətlərə faydası yoxdur. Hər bir dövlət çalışır ki, Ermənistandan kənar dursun, ona çox yaxınlıq etməsin. Çünki ermənilərin münasibətlərdən sui-istifadə etdikləri artıq hər kəsə məlumdur. Mənfur ölkənin gözügötürməzliyi, hansı problemlər yaratdığı da sirr deyil. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın mövqeyi örnək ola bilər. Biz ayrı-seçkilik etmirik, əksinə, bərabərhüquqlu münasibətlərə daha çox üstünlük veririk. Eyni zamanda münasibətlərdən necə yararlanmaq istəyimizi hər zaman nümayiş etdiririk. Bunun faydası da göz önündədir. Əldə etdiyimiz potensial da açıq görünür. Bunun təhlükəsizlik və digər məsələlərdə müsbət rol oynadığını təsdiqləyirik.

Bölgədə Azərbaycana, Ermənistan istisna olmaqla, düşmən ölkə yoxdur. Düzdür, qonşuluq münasibətlərində vaxtaşırı problemlər yaranır. Bu baxımdan tarixçilər, diplomatlar bildirirlər ki, ən yaxşısı ada dövləti olmaqdır. Amma dərinə gedəndə görürük ki, dörd tərəfi su olan ada dövlətlərinin belə problemləri var, çətin günlər yaşayırlar. Sadəcə, problemlərin üzərində çalışıb aradan qaldırmaq lazımdır. Məsələn, İran, Türkmənistan kimi bölgə dövlətləri ilə problemlərimiz var idi. Amma son vaxtlar bunlar getdikcə aradan qaldırılır. Artıq Xəzərdə olan neft-qaz yataqlarının birgə işlənməsini nəzərdən keçiririk. Türkmənistanın özü Azərbaycana tərəf döndü”.

ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Azərbaycanın yürütdüyü balanslı siyasətin doğru olduğunu söylədi: “Tarix boyu yerləşdiyimiz torpaqlar uğrunda həmişə açıq və gizli şəkildə mənafe savaşı gedib. İndi də elədir. İstər Cavanşir, istər Rəsulzadə, istərsə də, indiki dövrdə Azərbaycan balanslı siyasət aparıb. Bu başa düşüləndir. Azərbaycan kimi kiçik ölkələr hər kəsi hesaba alıb buna uyğun siyasət aparmağa məcburdur. Azərbaycan balanslı siyasət apararaq, öz mənafelərini qoruyaraq, tezliklə torpaqlarını azad etməlidir. Bunun üçün də ilk öncə təbii müttəfiqimiz Türkiyə ilə hərbi ittifaq qurub, Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşməsinə icazə verməliyik. Rusiya və İranla dövlət sərhədlərimizi türk ordusu ilə birlikdə müdafiə etməliyik. Bununla da ciddi təhlükəsizlik kəməri ilə özümüzü müdafiə etmiş olacağıq. Bu təhlükəni biz daim yaşamışıq. Taleyimiz belədir. Nə vaxta qədər torpaqlarımızı azad edib xəritədən erməni dövlətini silməyəcəyik? Nə vaxta qədər ki, Rusiya və İran kimi hələ də Azərbaycanın müstəqilliyini həzm etməyən şahin dövlətlərlə həmsərhəd olacağıq, söylədiyiniz təhlükə daim bizi izləyəcək. Rusiya-İran-Ermənistan təhlükəsinin qarşısını almaq və bu təhlükəni dəf etmək üçün balanslı siyasətimizi davam etdirib, təbii müttəfiqimiz Türkiyənin yanında olmalıyıq. Son zamanlar böyüyən Türkiyənin yanında olmaq Azərbaycan üçün artıq zərurətdir. Türkiyə-Rusiya yaxınlaşmasından Azərbaycan istifadə etməlidir. Bu yaxınlaşma Azərbaycan üçün həmişə xeyirli olub. Rusiya-Ermənistan gərginliyindən də istifadə etməliyik. İranı məsafədə tutub, dostluq mesajlarını verməliyik. Və ən əsası Ermənistanla blits-kriqə hazırlaşmalıyıq. Fikrimcə, tez zamanda Azərbaycan torpaqlarını azad etməyə başlamasa, bu tarixi anı itirəcəyik”.(“Yeni Müsavat”)


Tarix: 8-08-2018, 09:03
Xəbəri paylaş





Xəbər lenti