Dəyişiklik gözlənilir - Əsasən Bakı rayonlarında...

 "Yaxın vaxtlarda bir neçə rayonun icra hakimiyyətinin başçısı işindən azad oluna bilər". Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub. Xəbəri verən mənbə bildirir ki, paytaxt rayonlarından ikisinə də yeni rəhbər təyinatı planlaşdırılır.

Dia.az-a mənbənin söylədikləri: "Hələlik müzakirə gedir. Bu gün də ola bilər, sabah da... Amma dəyişiklik mütləqdir".

Qeyd edək ki, təxminən 20-yə yaxın RİH başçısının dəyişdirilməsi gözlənilir. Onlardan bəilərinin isə ümumiyyətlə yenidən təyinatının nəzərdə tutulmadığı da iddia olunur.

Bizi izləyin. Əlavə bilgilərimiz olacaq...
 
Tarix: 10-08-2018, 18:04
Xəbəri paylaş





Xəbər lenti