Bronson böhranı ABŞ-ın “erməni soyqırımı”nı tanımasına gətirə bilərmi? - iki rəy


Elçin Mirzəbəyli: “Bu məsələ türk xalqı üçün qırmızı xətdir”; Əhəd Məmmədli: “ABŞ da, İsrail də sonda qondarma ”erməni soyqırımı"nı tanıyacaqlar"

Türkiyənin ABŞ-la münasibətləri tarix boyu ərzində ən kritik həddə çatıb. Rəsmi Ankaranın Amerikanın avqustun 15-nə qədər keşiş Bronsonun azadlığa buraxılması tələbəni rədd etməsi vəziyyəti daha da gərginləşdirib.

İki nüfuzlu NATO ölkəsi arasındakı bu qarşıdurma bir məsələni yenidən aktuallaşdırıb. Söhbət Birləşmiş Ştatların Türkiyəni “cəzalandırmaq” üçün qondarma “erməni soyqırımı”nı tanıma ehtimalından gedir.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a yaranan durumu bu cür şərh etdi: “İndi Bronson olayının ətrafında elə bir emosional mühit formalaşdırılıb ki, adamı açıb buraxmaq da problemə çevrilib. Qənaətimə görə, məsələni bu qədər böyütməyə də ehtiyac yox idi. Prosesi hüquqi müstəvidə, qanunların imkan verdiyi bir şəkildə həll etmək mümkün idi. Məsələn, Türkiyə ilə ABŞ arasında 7 iyun 1979-cu ildə ekstradisiya ilə bağlı müqavilə imzalanıb və 1981-ci il yanvarın 1-dən qüvvəyə minib. Yəni Türkiyə bu gün də ABŞ-la ekstradisiya ilə bağlı müqaviləsi olan dövlətlərdən biridir. Bu baxımdan Türkiyə həmin müqaviləyə əsasən, Bronsonu məhkum kimi ABŞ-a təhvil verə və Bronsonla bağlı yekun qərarın verilməsinin məsuliyyətini Vaşinqtonun üzərinə buraxa bilərdi.

Bununla yanaşı, Birləşmiş Ştatların istər Bronson, istərsə də Fətullah Gülənlə bağlı məsələdə ədalətsiz, hüquqa zidd bir mövqe sərgilədiyini xüsusi olaraq qeyd etmək istəyirəm. Amma dünyada baş verən qanlı hadisələr, milyonlarla günahsız insanın həyatı bahasına başa gələn toqquşmaların, separatizmə və terrorizmə verilən qlobal açıq dəstək kontekstində Bronson və FETÖ kimi lokal faktlara görə ABŞ-dan ədalət gözləməyin də doğru olmadığını düşünürəm.

Politoloq Elçin MirzÉbÉyli ile ilgili görsel sonucu

Məgər ABŞ-ın İraqa müdaxiləsi doğru idi? Səddam Hüseyn, yaxud Bəşər Əsəd diktatordur deyə, İraq və Suriya xalqları qanlarına qəltan olunmalıydı? Dünyada nə ədalətlidir ki, Bronson, Gülən, yaxud hansısa digər bir şəxslə bağlı sərgilənən mövqe də ədalətli olsun. Şübhəsiz ki, mən kimsəyə dərs keçmək niyyətində deyiləm. Türkiyə nə edəcəyini məndən daha yaxşı bilir və yaranmış vəziyyətin bizim üçün görünməyən tərəfləri də çoxdur. Amma bütün hallarda axına qarşı getməyin çox sərt seçim olduğunu düşünürəm. Söhbət təkcə hərbi potensialdan, xalqın qətiyyətindən, siyasi iradədən getmir. Dirəniş üçün önəmli olan faktorlar var.

Bunlardan biri və bəlkə də birincisi iqtisadi güc amilidir. Türkiyə, Rusiya və Çinin birgə Ümumdaxili Məhsulu ABŞ-ın ÜDM-nin 15%-ni təşkil edir. Zənnimcə, prosesləri təhlil edəndə rəqəmlərə, statistik məlumatlara daha çox diqqət yetirmək lazımdır. ABŞ heç bir halda qondarma soyqırımı tanımayacaq. Çünki qondarma soyqırım məsələsi türk xalqı üçün ”qırmızı xətt"dir. Vaşinqtonun türk xalqını önünə almaq istədiyini düşünmürəm. Digər tərəfdən, münasibətlərin normallaşması üçün hələ bütün imkanların tükənmədiyi qənaətindəyəm. Baş verən hadisələrin fonunda ABŞ-ın ayrı-ayrı dövlət strukturlarına, xüsusilə də orduya rəhbərlik edən şəxslərin açıqlamaları da maraq doğurur. Məsələn, ABŞ-ın hərbi komandanlığı Türkiyə ilə hərbi müttəfiqliyin bütün hallarda davam etdiriləcəyini, Türkiyənin NATO-nun ən önəmli üzvlərindən biri olduğunu qeyd edir, Türkiyə Silahlı Qüvvələrinin döyüş qabiliyyətini ən yüksək səviyyədə dəyərləndirirlər. Belə yanaşmalar kifayət qədərdir. Bu səbəbdən Türkiyə ilə ABŞ arasındakı indiki münasibətləri siyasi gərginlik adlandırmaq daha doğru olardı. Gərginlik isə aradan qaldırıla bilər".

ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, Bronson olayının çözülməməsinin yeganə günahkarı Amerikadır: “Türkiyə güzəştə gedərək bu rahibi ev dustaqlığına buraxdı. Türkiyənin bu xoşməramlı addımına Amerika ”çox sağ ol" demək əvəzinə, özünə elə aparmağa başladı ki, bu, dövlətlərarası münasibətlərdə bütün sərhədləri keçdi. Türkiyəyə qarşı açıq şantaja keçildi. Türkiyə də bütün gücləri səfərbər etməyə məcbur oldu. Şükürlər olsun ki, artıq lirə stabilləşməyə başlayır. Qətərin Türkiyəni investisiya etməsi yaxşı xəbər oldu. Küveytin Türkiyəyə rəsmi ruhanilik səviyyəsində açıq dəstəyi önəmli bir hadisə idi. İslam coğrafiyasında ABŞ-ın ənənəvi müttəfiqləri sayılan, amerikan hərbi bazalarının yerləşdiyi körfəz ölkələri yavaş-yavaş Türkiyənin yanında yer alır. Bu, o deməkdir ki, ərəb coğrafiyasını Türkiyə Amerikadan özünə tərəf qaytarır. Proseslərin gedişatı onu göstərir ki, Amerika Türkiyə ilə korladığı münasibətləri düzəltməyə məcbur olacaq. ABŞ Türkiyəyə qarşı bu iqtisadi müharibədə tək qaldı. Avropa belə Türkiyənin yanında oldu. Artıq demək olar ki, ABŞ Türkiyəyə qarşı bu iqtisadi müharibədə məğlub oldu. Hazırda Trampın rəhbərliyi altında ABŞ-ı idarə edən yevangelist-yəhudi elitası, İsrail sevgisi və islam düşmənçiliyi ilə Amerikanı uçuruma aparır. 

ABŞ-Türkiyə münasibətlərinin bu cür gərgin vəziyyətində belə qondarma “erməni soyqırımı”nın Ağ Ev tərəfindən tanınacağına inanmıram. Çünki bu yəhudi lobbisinin də maraqlarına uyğun gəlmir. Yəhudilər dünyada təkcə onlara soyqırımı edildiyi düşüncəsindədilər. Amerikada anlayırlar ki, qondarma soyqırımın tanınması artıq Türkiyə ilə “körpülərin” tam yandırılmasına gətirib çıxaracaq. Düşünürəm ki, amerikan rəhbərliyi buna getməz. Türkiyə böyüməkdə davam etsə və ən böyüklərdən olsa, Amerika da, İsrail də sonda qondarma “erməni soyqırımı”nı tanıyacaqlar. Proseslərin istənilən gedişatında Azərbaycan qardaş Türkiyənin yanında olmalıdır. Azərbaycanın gələcəyi böyük Türkiyənin yanındadır. Türkiyə böyük olandan sonra kim nə qədər istəyir qondarma soyqırımları tanısın, bunun artıq heç bir əhəmiyyəti olmayacaq".

Cavanşir ABBASLI

Tarix: 17-08-2018, 08:38
Xəbəri paylaş





Xəbər lenti