Trampın təhdid ritorikası: Ankaradan gözlənilən cavab

 Türkiyədə saxlanılan amerikalı rahib Endryu Branson rəsmi Ankara üçün ciddi başağrısına çevrilib. Amerika Birləşmiş Ştatları (ABŞ) prezident Donald Tramp səviyyəsində rahib Bransona görə Türkiyəni açıq şəkildə təhdid edir. Tramp son olaraq bəyan edib ki, Türkiyə rahib Bransonu azad etməsə, rəsmi Ankara ilə əlaqələri azaldacaq. Bundan öncə isə ABŞ rahib Bransonun azad olunmamasına görə iki türkiyəli nazirə - daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülə sanksiya tətbiq etmişdi. 
Maraqlıdır, ABŞ-Türkiyə gərginliyi nə qədər davam edəcək? Trampın bəyanatından sonra iki ölkə arasında münasibətlər hansı həddə qədər gərginləşə bilər?
Politoloq Əhəd Məmmədli Cebhe.info-ya açıqlamasında ABŞ-ın Türkiyə ilə razılaşmaqdan başqa yolunun olmadığını deyib:
“Trampın təhdidində qeyri-adi heç nə yoxdur. Bu, Trampın üslubudur. Tramp özünü məşhur personaj "Kovboy Malbro" kimi aparır. Tramp Amerikanın yevangelist-yahudi elitasının namizədidir və bu elita açıq şəkildə Türkiyəyə qarşı səlib yürüşü elan edib. Müasir dövrdə səlib yürüşü üçün ancaq hərbi əməliyyatların aparılmasına ehtiyac yoxdur. ABŞ son illərdə Türkiyəni çökdürmək üçün müxtəlif metodlara əl atır. Terror, inqilab, xunta, sabotaj və s. Türkiyə-ABŞ münasibətlərinin hansı həddə çatması daha çox ikincidən asılıdır. Amerika Türkiyəyə qarşı hücumlarını dayandırsa, onda hər şey öz məcrasına qayıdacaq. Artıq lirə sabitləşməyə doğru gedir. Getdikcə Amerikanın Türkiyəyə qarşı təsir rıçaqları azalır. Amerikanın Türkiyə ilə anlaşmaqdan başqa yolu qalmır”.
Tarix: 17-08-2018, 17:48
Xəbəri paylaş





Xəbər lenti