“Çin lideri Putinin Ukraynanı işğal etməsinə xeyir-dua verib…"- Sorosdan gözlənilməz…

“Çin lideri Putinin Ukraynanı işğal etməsinə xeyir-dua verib…
“24 fevral işğalından əvvəl Putin və Si Cinpin arasında uzunmüddətli görüş keçirilib. Və iki ölkə arasında yaxın tərəfdaşlıq haqda 5000 sözdən ibarət sənəd qəbul ediblər…”
 
Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinə Ukraynanı işğal etmək üçün kart-blanş verib.

Moderator.az xəbər verir ki, bu haqda xeyriyyəçi kimi tanıdılan super oliqarx Corc Soros "Project-syndicate" nəşrində özünün "Putin və III Dünya savaşı riski" adlı  köşə yazısında bəhs edib.
 
Soros yazır ki, 24 fevral işğalından əvvəl Putin və Si Cinpin arasında uzunmüddətli görüş keçirilib. Bundan sonra isə onlar iki ölkə arasında yaxın tərəfdaşlıq olduğunu bəyan edən diqqətlə hazırlanmış 5000 sözdən ibarət sənəd qəbul ediblər. Soros hesab edir ki, bu sənəd istənilən razılaşmadan güclüdür və mütləq öncədən ətraflı danışıqlar tələb edir.
 
“Sinin Putinə açıq şəkildə Ukraynanın işğalına və müharibəyə başlamaq üçün kart-blanş verməsi məni təəccübləndirdi... Putin Sinin dəstəyi ilə inanılmaz amansızlıqla ömürlük arzusunun arxasınca getdi. Putinin tezliklə 70 yaşı tamam olacaq və o, hiss edir ki, əgər Rusiya tarixində iz qoymaq istəyirsə, ya indi hərəkət etməlidir, ya da heç vaxt.  Amma onun Rusiyanın dünyadakı rolu ilə bağlı təhrif olunmuş anlayışı var. Görünür, o, rus xalqının kor-koranə arxasınca düşəcək çara ehtiyacı olduğuna inanır. Bu, demokratik cəmiyyətin birbaşa əksidir və bu anlayış sentimentallıq həddinə qədər emosional olan rus “ruhunu” təhrif edir”- Soros belə düşünür.
 
“Bu arada Si Cinpin, yəqin ki, Putinin ağlını itirdiyini başa düşdüyü üçün  martın 8-də Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsa zəng edərək onların sülh səylərini dəstəklədiyini söyləyib... Rusiyanın fevralın 24-də Ukraynaya hücumu sivilizasiyamızı məhv edə biləcək Üçüncü Dünya müharibəsinin başlanğıcı olub və yalnız Putin və Sinin həmin vaxta qədər hakimiyyətdən uzaqlaşdırılacağına ümid etmək olar” -deyən milyarder bununla belə, Rusiyanın bu müharibədə uduzmasının mümkünlüyünü də istisna etməyib…
 
Sultan Laçın

Tarix: 12-03-2022, 10:00
Xəbəri paylaş





Xəbər lenti