Ərdoğan Putinin xilaskarı niyə olsun ki?


Putinin Ukrayna avantyurasının təhrikçisi sözsüz ki, ilk növbədə Rusiya adlı dövlətin tarixi  işğalçılıq mahiyyətidir. 
Qərb  Rusiyanın işğalçılıq, Putinin isə "bandit" xüsusiyərlərindən istifadə edərək Rusiyanı illərlə hazırlanmış Ukrayna tələsinə çəkə bildi və hansı ki, Rusiyanın bu tələdən salamat çıxması qeyri mümkündür. Putini Ukrayna tələsinə şirnikləndirən onun cavabsız və cəzasız qalan əsas üç uğurlu hərbi-siyasi müdaxiləsi və təcavüzüdür.  Əvvəlcə Rusiya tərəfindən Krımın ilhaqı, ardınca Doneçck və Luqansk vilayətlərin işğalı, sonra Belarusiyada prezident seçkilərində qalib gəlmiş Tixanovskayanı devirərək Lukaşenkonu hakimiyyətə qaytarması və ən nəhayət Qazaxıstanda faktiki dövlət çevrilişi edərək Nursultan Nazarbayevin real hakimiyyətdən uzaqlaşdırılması Putinə "ona hər şey olar"  illüziyası yaratdı.   Qazaxıstanda yanvar çevrilişi ilə Putin əslində Böyük Turan ideyasına zərbə vurmaq niyyətində  idi. Böyük Turan ideyasının əsas simalarından olan, türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin faktiki Qazaxıstan hakimiyyətdən uzaqlaşdırılması sözsüz ki, Rusiyanın maraqlarının təmin edilməsi idi. Rus dilindən imtina, latın qrafikasına keçid, ölkədə Türkiyənin təsirinin və Turançılıq ideyasının reallaşmasını  təbii ki, Putini Qazaxıstanda prezident Tokayevin xəyanəti ilə Nursultan Nazarbayev uzaqlaşdırılması ilə əngələmək olardı. Putin Qazaxıstanda istəyinə nail olaraq Ərdoğanı bir addım qabaqlamış oldu. Cənab Ərdoğan isə Putinin bu gedişinə Ukrayna cəbhəsi ilə mükəmməl cavab verə bildi. Dünyaya hərbi gücü ilə meydan oxuyan Rusiya rəzil gününə salındı, rüsvay edildi. Təkcə bir fakt: Rusiya sərhəddindən Ukrayna paytaxtı Kiyevə qədər uzanan 64 km uzunluqda olan Rusiyanın hərbi kolonu Türkiyənin Bayraktarları ilə qara metalloma çevrildi. Kiyevi 12 saata tutacağını sinəsinə dötərək Makrona hədə gələn Putin 20 günə bir dənə də olsun Ukraynanın böyük şəhərini işğal edə bilmədi. 13000 işğalçı əsgər itkisi verən, ordu gücünün 90%-ni itirən Rusiya və Putin çarəsiz, rəzil günə düşərək biabır oldu. Çinin Rusiyaya hərbi yardım etməkdən imtuna etməsi, KTMT üzvlərinin müharibəyə qoşulmaması Putini məğlubiyyətlə üz-üzə qoyub. Rusiyanın Ukrayna təcavüzünü davam etdirməsinə nə hərbi gücü nə də iqtisadi imkanları qalmayıb. Müharibə davam edərsə deməli, Putin hakimiyyətinin sonu, Rusiyanın isə dağılması daha tez baş tutacaq.  Antaliyada Nursultan Nazarbayevin ən yüksək səviyyədə qəbul edilməsi ardınca Putinin Ərdoğanla telefon danışığından sonra Putinin Ukrayna prezidenti Zelenski ilə görüşməyə hazır olduğunu bildirib. Bu isə o deməkdir ki, müharibə dayandırıla, Rusiyanın rüsvayçı məğlubiyyəti maskalana bilər, Putinə siyasi-diplomatik manevr imkanları verilməklə Putinin hakimiyyətinin surətli sonluğunu müəyyən müddətə saxlamaq olar.  Ərdoğan bu şansı Putinə niyə və hansı şərtlərlə verir ki? Təbii ki, danışıqlar və şərtlər haqda müxtəlif təxminlər etmək olar. Düşünürəm ki, Şuşa Bəyannaməsini nəzərə alsaq Azərbaycanının Xankəndi və ətraf ərazilərdə suverenliyinin təmin edilməsi, erməni silahlıların çıxarılması, Laçın dəhlizinin Azərbaycanın qanuni nəzarətinə keçməsi, rus "sülhməramlılarının" çıxarılması kimi şərtlər həmin şansın qarşı tərəzi gözündə çəkiyə malikdir. Ərdoğan Nazarbəyovu yüksək səviyyədə qəbul etdikdən dərhal sonra Qazaxıstanda  hakimiyyəti əlində cəmləmiş Tokayev Nursultan Nazarbayevin qardaşı oğlunu korrupsiya ittihamı ilə həbs etdirdi. Tokayev Ərdoğan Putin razılaşmasından narahat qalıbsa deməli, həmin  "şansın" tərəzi gözündə Qazaxıstan və Tokayev məsələsi də var. Məsələ ilə bağlı Türkmənistanda prezident seçkilərində Qurbanqulu Berdiməhəmədov hakimiyyəti oğlu, turançı ideyasının aşiqlərindən biri sayılan Sərdar Berdiməhəmədova ötürməsi xoş xəbərlərdəndir.  Putinə xilas olmaq şansının verilməsi heç də "havayı" deyil. Müzakirə edilən məsələlər bu gün ortaya çıxmış problemlər deyil və təbii ki, 2-ci dünya müharibəsindən sonra yeni dünya düzəni, siyasi xəritəsi çəkilir. Müttəfiqlərlər, hədəflər də müəyyən edilib. Böyük Britaniya, Türkiyə, Azərbaycan, İsrail bir təfəfin əsas oyunçularıdır. Dünyanın bölüşdürülməsi məsələsi ilə bağlı hələ 2021-ci  ildə çap edilmiş "Bizim tarix"  adlı kitabımda bəhs etmişəm.  Odur ki, proseslər müəyyən ssenari üzrə inkişaf edir edir və sevindirici hal ondadır ki, tarix Azərbaycana öz keçmiş əzəmətini qaytarmaq şansı verir.
Vüqar Dadaşov MCP SŞ-nın üzvü, politoloq
Siam.az
Tarix: 15-03-2022, 10:54
Xəbəri paylaş





Xəbər lenti