ABŞ Senatı Putini beynəlxalq hərbi cinayətkar adlandırdı və...-QƏTNAMƏ

ABŞ Senatı Putini beynəlxalq hərbi cinayətkar adlandırdı və...-QƏTNAMƏ
ABŞ qanunvericiləri beynəlxalq məhkəmələri Rusiya rəhbərliyinin Ukraynaya qarşı hərbi cinayətlərini araşdırmağa çağırdı....
 
ABŞ Konqresinin Senatı Ukraynaya  təcavüz edən Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini pisləyən qətnamə qəbul edib. Sənəddə Kreml rəhbəri hərbi cinayətkar adlandırılır.
 
 
Moderator.az xəbər verir ki,  bu barədə "Reuters" məlumat yayıb.
 
Senat Haaqa Beynəlxalq Cinayət Məhkəməsini və digər ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Rusiya rəhbərliyinin törətdiyi hərbi cinayətləri araşdırmağa çağırır. 
Qətnaməni Senata respublikaçı senator Lindsi Qrem təqdim edib. Sənəd həm Respublikaçılar, həm də Demokratlar tərəfindən yekdilliklə dəstəklənib.
 
Senatda Demokratik Əksəriyyətin lideri Çak Şumer səsvermədən əvvəl çıxışında deyib: “Bu salonda olan hamımız – həm demokratlar, həm də respublikaçılar – Vladimir Putinin Ukrayna xalqına qarşı törətdiyi vəhşiliklərə görə məsuliyyətdən qaça bilməyəcəyini söyləmək üçün bir yerə toplaşmışıq”.
 

Tarix: 16-03-2022, 07:33
Xəbəri paylaş





Xəbər lenti