Azərbaycanı nə ABŞ, nə Rusiya, nə də Fransa durdura bilməz!


 Rusiyanın "Dağlıq Qarabağ" ifadəsindən istifadə etməsi və Azərbaycan Ordusunun dislokasiya yerlərinin və mövqelərinin yerdəyişməsinə etirazı başlanan prosesi dayandıra bilməz.
Sözsüz ki, Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə nazirliyinə məlum açıqlamasına görə yerini göstərməsi də elə bunun sübutudur. Digər tərəfdən, Rusiya nümayəndə heyyətinin Azərbaycan Ordusunun Qərargah rəisi Kərim Vəliyevlə görüşərək erməni silahlılarının çıxarılmasının müzakirə etməsi, Ukraynada məğlub rus müdafiə naziri Serqey Şoyqunun Qalib Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon danışığı, "Azərqaz"ın Xankəndinin qazla  təmin edəcəyi barədə açıqlaması, Fərrux dağının və ətraf ərazilərin erməni silahlılardan təmizlənməsi ona sübutdur ki, Azərbaycan bütün hədəflərinə və məqsədlərinə inamla irəlləyir və  məqsədimizə çatmağa heç kim mane ola bilməz. Başqa bir məqam da ondan ibarətdir ki, Rusiya Ukraynada məğlub edildiyindən Putin hakimiyyətinin əsaslı laxlamış və Rusiyanın parçalanmasının real prosesi başlandığı bir zamanda, bütün dünyadan təcrid edilmiş, təklənmiş və  iqtisadiyadı məhv edilmiş Rusiya, Putin ümid və nəfəslik yeri Türkiyə və Azərbaycanla münasibətləri korlamaq istəməz və təbii ki, Azərbaycanın istəklərinə qarşı çıxmaq heç də Rusiya üçün müsbət nəticələr verə bilməz hərçənd ki, 10 noyabr 2020, 22 fevral 2022 Moskva bəyanatları Azərbaycan üçün bu əməliyyatları keçirə biləcəyini labüd edir.  Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin  normallaşmasını öz maraqlarına zidd hesab edir və Qarabağ məsələsinin  tam həllini  istəməsə də ondan, yəni Rusiyanın iradəsindən asılı olmayan siyasi şərait və hərbi reallığa görə proseslərə istədiyi kimi müdaxilə imkanından məhrumdur. Bu fonda Rusiya Azərbaycana öz loyall münasibəti görünüşünü yaratmaq üçün formal razılığını verməyə məcbur duruma düşüb.  O ki, qaldı ABŞ-a, Fransaya və digərlərinə, Qərbin Rusiya ilə faktikil müharibəsi şəraitində, Avropanın enerji və iqtisadi təhlükəsizliyinin təminatı üçün real imkana, infrastruktura malik Azərbaycanın önəmini inanılmaz səviyyədə artırıb. Nəzərə alsaq ki, 22 fevral 2022-ci il Moskva bəyannaməsi Azərbaycanı Avropanın enerji təhlükəsizliyi məsələsində də çəkindirici hal ola bilər. Odur ki, Qərb o cümlədən ABŞ  və Fransa da çətin ki, formal narazılıqdan o tərəfə keçsin. Geosiyasi vəziyyət o səviyyədədir ki, nə ABŞ, nə Fransa, nə də Rusiya Azərbaycanı öz maraqlarının təminindən çəkindirə bilməz. Dünya da baş verən proseslər Rusiyanın özünü yemə çevirib və sözsüz ki, Rusiya və Putin əsl həqiqətdə öz haylarında və biabırçı aqibətlərinin sonluğunu əngələmək yollarının axtarışındadır. Qısaca qənaət ondan ibarətdir ki, Azərbaycan daha böyük hədəflərə çatmaq üçün hərəkətə keçib nəinki, Xankədi və ətraf ərazilər. Bu işdə tarixin özü Azərbaycana müttəfiqdir.  
Vüqar Dadaşov MCP SŞ-nın üzvü, politoloq
Siam.az
Tarix: 27-03-2022, 17:41
Xəbəri paylaş





Xəbər lenti