Rusiya sanksiyaların ağır təsirlərini hiss etməyə başlayıb - Bloomberg
Hindistanda həm özəl, həm də dövlət neft emalı zavodları, o cümlədən ən böyük Hindistan Neft Korporasiyası Rusiyanın “Sovcomflot” şirkətinə məxsus tankerlərin qəbulunu dayandırıblar.
Musavat.com xəbər verir ki, bu barədə Hindistandakı mənbələrinə istinadən Bloomberg məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, neft emalı zavodları hər bir gəminin sanksiyalara məruz qalan şirkətlə əlaqəsi olmadığından əmin olmaq üçün onun mülkiyyət hüququnu “diqqətlə yoxlayır”.
“Sovcomflot”un problemləri Rusiyanın neft daşımaq üçün daha az tankerə malik olması deməkdir ki, bu da öz növbəsində daha yüksək yükdaşıma xərclərini ödəmək üçün alıcılara edilən endirimlərin azalmasına səbəb olub.
Bloomberg qeyd edir ki, genişmiqyaslı müharibə başlayandan sonra Hindistan Rusiya neftinin əsas alıcısı idi, lakin ABŞ-ın sanksiyalarının sərtləşdirilməsi emalçıları başqa regionlardan daha bahalı neft axtarmağa vadar etdi.
Martın əvvəlində Rusiya neftinin dəniz yolu ilə tədarükünün artması uzunmüddətli tendensiyaya çevrilmyib: keçən bazar Rusiya neftinin dəniz yolu ilə ixracı kəskin azalıb. Bu ixracın həcmi martın 17-dən əvvəlki həftədə sutkada 730 min barel azalaraq 2,97 milyon barrelə düşüb. Rusiya neftinin ixracının ümumi dəyəri 10 mart həftəsi ərzində 1,86 milyard dollardan 17 mart tarixinə qədər olan həftədə 1,48 milyard dollara düşüb.
Oktyabrın əvvəlindən ABŞ Rusiya neftini daşıyan bütün tankerlər parkına məhdudiyyətləri artırıb. Kpler analitik firmasına görə, o vaxtdan bəri onlarla sanksiyaya məruz qalmış tanker okeanlarda boş qalıb və Rusiyanın dizel ehtiyatları 2017-ci ildən bəri hər zaman olduğundan daha çoxdur.
Lakin bəzi mənbələr Rusiyanın kölgə donanmasında 600-dək tankerin olduğunu, sanksiyaların icrasına nəzarət yumşaldılarsa, daşımaların müntəzəmliyinin yenidən bərpa ediləcəyini bildirirlər. Ukraynanın neft emalı zavodlarını vurması Rusiyanın ixraca yönəldilməli neft həcmlərini sürətlə artırır. Belə bir şəraitdə daşımaların intensivləşdirilməsi üçün yeni yolların tapılması üçün işlər də sürətləndirilir...
Tarix: 24-03-2024, 10:50