Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir. Ölkəmizə maraq maraq tək neft-qazı deyil, fərqli sahələri, məsələn, bərpa olunan enerji mənbələrinin istismarı, logistika, kənd təsərrüfatını da əhatə edir. Bu, hökumətin uğurlu fəaliyyəti nəticəsində əlverişli investisiya ab-havasının yaradılması deməkdir.
Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və əlverişli investisiya qoyuluşunun təmin edilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu, öz müsbət nəticələrini verməkdədir.
Azərbaycanın əldə etdiyi uğurlar, aparılan islahatların müsbət nəticələri beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda, keçirilən rəy sorğularında da əksini tapır. Son hesabatlarda Azərbaycan investisiya yatırımı üçün cəlbedici ölkə kimi göstərilir.
Beynəlxalq Valyuta Fondu da öz hesabatında Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsi kimi bəyan edib.
Ölkəmizdə yaradılmış siyasi və iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin uğurla həyata keçirilməsini təmin edir. Azərbaycanın bir sıra regional və qlobal layihələrdə sərmayədar kimi hazırkı rolu onu mühüm geosiyasi oyunçuya, eləcə də beynəlxalq imicə malik ölkəyə çevirib. Azərbaycanın bir sıra regional və qlobal layihələrdə sərmayədar kimi iştirak etməsi onu mühüm geosiyasi oyunçuya çevirib.
Həm neft-qaz sahəsində nəhəng təcrübəmiz, həm də xarici borcumuzun aşağı səviyyədə olması da münbit iqtisadi şərait yaradır.
Yaxın gələcəkdə isə Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı daha da artıracaq.
Bununla yanaşı,Azərbaycan üçün vacib olan qlobal əhəmiyyətli layihələr var.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri də daxil olmaqla dörd layihədə iştirak edir. Bundan əlavə, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri də uğurla tamamlanan Şahdəniz-2, Cənub Qaz Dəhlizi, TANAP və TAP-dır. Əsas investor kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici iqtisadiyyata investisiyaların həcminə görə MDB məkanının aparıcı dövlətlərindən biridir. Dünyanın aparıcı iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarına görə, ölkəmiz regionun coğrafi investisiya mərkəzinə çevrilib.
Hazırda rəsmi Bakı işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlbi istiqamətində fəal iş aparır, bir sıra ölkələr ərazilərin bərpasında və infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir.
Ekspertlər də hesab edir ki, ölkəyə xarici, xüsusən də birbaşa investisiyaların yatırılması mühüm əhəmiyyət daşıyır. Çünki birbaşa investisiyalar uzunmüddətli dövr üçün qoyulur, eyni zamanda rəqabəti artırır, ölkəyə beynəlxalq bilik və texnologiyalar gətirir.
Bu barədə "Sherg.az" a danışan iqtisadçı Xalid Kərimli deyib ki, investisiya qoyuluşunda xarici sahibkarları Azərbaycana cəlb edən əsas cəhət burada siyasi sabitliyin mövcud olmasıdır. İkinci şərt isə ölkənin maliyyə vəziyyətidir:
"Bu, önəmli şərtdir. Belə ki, xarici investor bu və ya digər ölkəyə sərmayə qoyanda, onu ilk növbədə düşündürəm məqamlardan biri də zəmanət məsələsidir. Sahibkarlar pul yatırarkən həmin ölkədəki maliyyə vəziyyətini də nəzərdən keçirdir. Həmçinin pul qoyduğu sahədə zəmanətliliyin hansı səviyyədə olduğunu təhlil edir. Qeyd edilən bu şərtlər baxımından Azərbaycan üstün cəhətlərə malikdir. Çünki ölkəmizin valyuta ehtiyatları xarici borcundan bir neçə dəfə yüksəkdir".
Ekspertin sözlərinə görə, ölkəyə birbaşa investisiyaların yatırılması mühüm əhəmiyyət daşıyır: "Çünki birbaşa investisiyalar uzunmüddətli dövr üçün qoyulur, eyni zamanda rəqabəti artırır, ölkəyə beynəlxalq bilik və texnologiyalar gətirir. Həm neft-qaz sektoruna həm də qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi müsbətdir. Amma neft-qaz sektoruna daha çox xarici investisiya yatırılır. Çünki bu əmtəələrin bazarı var, satış riskləri aşağıdır, dövlət bu sahədə olan investisiya müqavilələrinə zəmanət verir.
Son dövrlərdə Azərbaycanda aparılan islahatlar (Ələt azad iqtisadi zonasının yaradılması və s.), regionda ölkəmizin yetərincə nüfuza malik olması xarici investorlarda inam yaradıb və onlar respublikamıza investisiya qoyurlar.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qoyulan xarici investisiyaların gələcəkdə artacaq".
İqtisadçının sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi ölkənin davamlı inkişafına və beynəlxalq əməkdaşlığa sadiqliyini, həmçinin beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da güclənməsinə müsbət təsir edəcək. Azərbaycanda yeni irimiqyaslı layihələrin həyata keçirilməsinə də töhfə verəcək.
Tarix: 13-04-2024, 07:29