Xəbər verdiyimiz kimi mayın 20-də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti açılacaq. İlkin mərhələdə bu xətlə yükdaşıma həyata keçiriləcək. Belə ki, BTQ-nin genişləndirilməsindən sonra ildə 6,5 milyon ton yükün daşınması nəzərdə tutulub.
Bəs, bu dəmir yolu ilə sərnişindaşımaya nə zaman başlanılacaq?
Bununla bağlı Bizim.Media-nın sorğusuna “Azərbaycan Dəmir Yolları" QSC-dən cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il iyulun 1-dək uzadılıb:
“Ona görə də yükdaşımalar istisna olmaqla qonşu ölkələrlə quru sərhədləri bağlı olaraq qalır. Sərhədlərin açılması ilə bağlı qərar olarsa, beynəlxalq istiqamətlər üzrə sərnişindaşımanın təşkili üçün qonşu ölkələrin müvafiq qurumları ilə birlikdə müzakirələr aparıla bilər”.