YAP üçün konsert verən müğənnilər müxalifət üçün də oxuyarmı...


11 apreldə keçiriləcək prezident seçkisinə sayılı günlər qalıb. Prezidentliyə namizədlər martın 19-dan başlayaraq seçkiqabağı təşviqata başlayıblar. Hakim partiya olan YAP bu münasibətlə Bakıda, eləcə də digər bölgələrdə konsert proqramları təşkil edir.

Həmin tədbirlərə ölkənin ən məşhur sənətçiləri qatılır. Onlardan xalq artistləri Mətanət İsgəndərli, Mübariz Tağıyev, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Nazpəri Dostəliyeva, əməkdar artistlər Tünzalə Ağayeva, Aybəniz Haşımova, Röya Ayxan və digərlərinin adını çəkmək olar.

Maraqlıdır, müğənnilər bu çıxışlarına görə nə qədər qonorar alır və onlar digər prezidentliyə namizədlərin təşviqat prosesində də iştirak edərlərmi? Müxalifətin mitinqlərində necə, ifa edərlərmi?

NazpÉri DostÉliyeva ile ilgili görsel sonucu

Mövzu ilə bağlı müğənnilər arasında mini-sorğu keçirdik. Xalq artisti Nazpəri Dostəliyeva YAP-ın keçirdiyi konsert proqramlarında pulsuz oxuduğunu açıqladı: ”Bizim ixtiyarımız nədir ki, bu konsertlər üçün qonorar istəyək? Bu dövlətimiz, bizim xalqımız üçün görülən işlərdir. Axı kim qonorar istəməlidir? Ayıb olmazmı?"

Xalq artisti “müxalifətin keçirdiyi mitinqlərdə də oxuyarsızmı” sualımıza bu cür cavab verdi: “Xahiş edirəm, aləmi bir-birinə qatan suallar verməyəsiz. Mən dedim, bitdi! Aləmi bir-birinə qatmayın!”

Xalq artisti MÉtanÉt Ä°sgÉndÉrli ile ilgili görsel sonucu

Xalq artisti Mətanət İsgəndərli də iştirak etdiyi bu cür tədbirlər üçün heç bir qonorar almadığını söylədi: “Heç kəs qonorar almır. Digər prezidentliyə namizəd olanların təbliğat-təşviqat konsertlərində iştirak etməmişəm, etməyəcəyəm də. Biz İlham Əliyevə səs veririk, onu dəstəkləyirik. Eləcə də müxalifətin konsertlərində iştirak etməmişəm, etmərik də. Başqalarının da iştirak etdiyini görməmişik”.

Ä°lgili resim

Xalq artisti Mənsum İbrahimov da könüllü olaraq YAP-ın təşviqat proqramlarında iştirak etdiyini dedi: “Mən öz xoşumla gedirəm. Çünki Azərbaycanın inkişafı, gələcəyi naminə İlham Əliyevi dəstəkləyirəm. Seçkilərdə mənim mövqeyim də məlumdur. Digər prezidentliyə namizəd olanların hamısına hörmət edirəm. Lakin lider olaraq İlham Əliyevi gördüyüm üçün onların keçirəcəyi tədbirlərdə iştirak etmirəm”.

MüÄÉnni Manaf AÄayev ile ilgili görsel sonucu

Müğənni Manaf Ağayev də qeyd etdi ki, YAP-ın keçirdiyi tədbirlərdə ilk gündən iştirak edir: “Bundan əvvəl Füzulidə, Saatlıda olmuşam. Bir azdan Xaçmaza, Sumqayıta gedəcəm, hələ 5 yer də qalıb”.

Müğənni iştirakı üçün heç bir qonorar almadığını bildirdi: “Digər namizədlərin keçirəcəyi tədbirlərdə iştirak etmək məsələsinə gəldikdə isə dövlət üçün keçiriləcək hər bir tədbirə getməyə hazıram. Müxalifətin mitinqində isə iştirak etmərəm. Çünki mən siyasətə qarışmıram, dövlətə xidmət edirəm”.

Hafiz Hacıyev ile ilgili görsel sonucu

Məsələ ilə bağlı Müasir Müsavat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Hafiz Hacıyevin mövqeyini öyrənməyə çalışdıq. Hafiz Hacıyev onun və digər namizədlərin təşviqat prosesində iştirak etmək istəməyən müğənnilər haqqında sərt danışdı: “Mən həmin məşhur müğənnilərdən heç kimi öz tədbirlərimə dəvət etmərəm. Vaxt var idi ki, Nazpəri Dostəliyeva müxalifət liderlərinin birinin oğlunun toyunda iştirak etmişdi və demişdi ki, əgər siz prezident olsanız, daha yaxşı oynayacam. İkiüzlü adamları sevmirəm. İkinci bir tərəfdən, müğənnilərin mənim tədbirlərimdə iştirak etməsinə ehtiyac yoxdur. Çünki xalq bizi, məni istəyir, necə danışmağımdan asılı olmayaraq çıxışlarımı izləyirlər. Digər tərəfdən, müğənniləri tədbirlərimə dəvət etmək üçün pulum yoxdur. Müğənnilər YAP-ın tədbirlərində niyə qonorarsız oxuduqlarını bilirlər. Onlar bu cür  tədbirlərdə iştirak etdikdən sonra bahalı maşınlar, evlər alırlar. Halbuki həmin müğənnilər öz vaxtlarını ”qızıl" hesab edirlər. Onlar bilirlər ki, “yağlı” yerdən yapışmaq lazımdır. Bizim nəyimiz var ki. Acın biriyik".

Hafiz Hacıyev son günlər öz həyatına nifrət etdiyini dedi: “Çox əziyyətlər çəkirəm. O qədər bu dövlət üçün həyatmı qoymuşam, amma sonda mən təhqir olunuram. Hökumətin daxilində müğənnilərə milyardlar xərcləyənlər, mənim bir şəklimin çıxardılmasına 1 manat da köməklik etmədi. Həyatımdan təəssüflənirəm ki, millət, dövlət üçün bu qədər əziyyət çəkməyin xeyri yox imiş. Əlbəttə ki, biz də əvvəllər işlər görsəydik, müğənnilərin daha yaxşılarını, hətta Amerikadan gətirərdik, tədbirimiz daha yaxşı keçərdi. Ömrümün 30 ilini hədər vermişəm. Bircə buna təəssüflənirəm və bunu özümə bağışlamıram”. 


“Yeni Müsavat”

Tarix: 3-04-2018, 10:14
Xəbəri paylaş





Xəbər lenti