Tanınmış vəkil jurnalistin məhkəməyə verilməsinin səbəblərini açıqladı


Tanınmış vəkil Cavad Cavadov jurnalist Cəmil Məmmədlinin məhkəməyə verilməsinin səbəblərini açıqlayıb.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə vəkil sosial şəbəkədə paylaşım edib.
 
"Məni tanıyanlar bilir ki, daima söz və ifadə azadlığını demokratik cəmiyyətin təməl prinsipləri kimi qəbul etmişəm. Lakin söyüş və nifrət nitqi ifadə azadlığı hesab olunmur və buna qarşı tolerant ola bilmərəm.
 
Xaçmaz şəhərində 2010-cu ildə Nəcmə Babayevanın ölümü ilə bağlı açılmamış cinayətə görə zərərçəkmiş ailə olan Həbibovlar təqribən iki il əvvəl müraciət etmişdir və bu işdə bütün mümkün hüquqi addımları atıb işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərmişik.
 
Bu statusu da yazası deyildim, lakin özünü jurnalist adlandıran Cəmil Məmmdli mənim adımı publik çəkdiynə görə buna  qısa cavab verməli olacam.
 
Cəmil Məmmədli Həbibovlar ailəsini "Facebook" sosial şəbəkəsində nalayiq küçə söyüşləri ilə (onları təkrarlamağa utanıram) təhqir etdiyi  və açıq-aşkar böhtan atdığı üçün bu ailə xüsusi ittiham qaydasında şikayətlə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir.
 
Bu ailənin təmkinliyi və məhkəmə yolunu tutmağı onlara mənəvi cəhəhətdən ucuz başa gəlmir.
Cəmil Məmmədlini müdafiə edənlər isə mahiyyəti bilmədən bu işin siyasi sifariş olmasını, jurnalistin təqib olunmasını  kimi qəbul edirlər. Halbu ki, zərərçəkmişlərin vəkili kimi məndən soruşa bilərdilər", - Cavad Cavadov vurğulayıb.
Tarix: 27-02-2023, 11:48
Xəbəri paylaş





Xəbər lenti