Türklərlə qohumluğumuz varmı? - Bütöv bir ölkə bu suala cavab axtarırdı: Cavabı kralın məzarından çıxdı

 Macarıstanda keçirilən bir araşdırma əslərlə davam edən məsələni yenidən müzakirəyə çıxarıb. Bütöv bir ölkə türklərlə qohum olub-olmadıqlarını araşdırır. Hətta keçmiş macar kralınn cəsədinin qalıqları üzərində aparılan genetik analizlər macarların Asiya kökənli olduqlarını üzə çıxarıb.
Cebhe.info xəbər verir ki, araşdırmanın məqsədi  min il əvvəl köçün bir parçası olaraq Mərkəzi Avropaya gələn və bu torpaqlara yerləşən macar boylarının milli kimliyinin daha çox kimə yaxın olduğunu müəyyən etmək idi.
Bu gün macarlar özlərini mərkəzi avropalı hesab edir və dünya da onları belə tanıyır. Macarların genləri çexlərin, slavyanların, ukraynalıların, avstraliyalıların genlərinə çox bənzəyir.
Amma min il bundan əvvəl vəziyyət daha necə idu?
Bu sualın cavabını vermək üçün aparılan araşdırma maraqlı nəticəni ortaya çıxarıb. Belə ki, macar boylarının Mərkəzi Avropaya gəldiyi illərdə və daha sonra  krallar Arpad xanədanının üzvləri idi. Buna görə də kral 3-cü Belanın cəsədi DNT analizlərindən keçirilib.
Analiz sonucunda macarların genlərinin Asiya kökənli olduğu üzə çıxıb. Eyni araşdırma macar boylarından bir qrup insanın məzarlarından götürülən qalıqlar üzərində də aparılıb. Nəticə eyni çıxıb-macarlar Asiya kökənlidir. Hətta genləri 25-30 faizlə Asiya türklərinə bənzəyib.
Tarix: 20-03-2018, 09:14
Xəbəri paylaş





Xəbər lenti