732 minə quyu qazıb tullantıları basdıracaq...


Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) "Alıbəyli Şirkəti" MMC ilə satınalma müqaviləsi imzalayacaq. Qaynarinfo-nun məlumatına görə, şirkət MKTİB-in bərk məişət tullantılarının zərərsizləşdirilməsi işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Şirkət görüləcək işlər üçün 731 965,8 manat təklif edib. Tenderin şərtlərindən məlum olur ki, bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün quyu qazılacaq və tullantılar ora doldurulduqdan sonra quyunun üstü örtüləcək. Ekspertlər bu iş üçün təklif edilən məbləğin kifayət qədər böyük olduğunu düşünür.
"Alıbəyli Şirkəti" MMC 3 sentyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 800 100 manatdır. Şirkətin qanuni təmsilçisi isə Cəfərov Məhəmməd Çıraq oğludur. 
Şirkətin təsisçisi isə Qorxmaz Paşayevdir. O, həm də "T.T.Ş.-İnşaat” MMC-nin təsisçidir.
Tarix: Dünən, 22:06
Xəbəri paylaş





Xəbər lenti