Türk məscidinin qapısından donuz başı asdılar – Almaniyada

 Almaniyada türk məscidinin qapısından donuz başı asıblar. AzEuroNews.com xəbər verir ki, hadisə Gronau şəhərində qeydə alınıb. Belə ki, sübh namazı üçün “Gronau Fatih cami”sinə gələnlər qapıdan donuz başının asıldığını görüblər. Hadisə barədə polisə məlumat verilib. Hazırda polis məscidin təhlükəsizlik kameralarının qeydə aldığı görüntüləri incələyir. Məlumat üçün qeyd edək ki, son günlər Almaniyadakı türk məscidlərinə qarşı hücumlar artıb. Berlində “Koca Sinan camisi”nə və Ulm şəhərindəki bir digər türk məscidinə molotov kokteyli ataraq yandırıblar.
Tarix: 21-03-2018, 21:14
Xəbəri paylaş





Xəbər lenti