“İran və Qüdslə bağlı qərarlar qlobal sülhə təhlükədir” –Ərdoğandan ABŞ-a sərt ittiham



İranla nüvə razılaşmasının ləğvi və Qüdslə bağlı verilən qərarlar qlobal sülhə təhlükə yaradan amillərdir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar mərasimində çıxışı zamanı deyib.

“Nüvə enerjisindən sülh məqsədilə istifadə edilməsini sonuna qədər müdafiə edirik. ABŞ diplomatiyasının bundan sonra insan haqları, azadlıqlar barədə söyləyəcəyi sözlərin qiyməti artıq qalmayıb. ABŞ administrasiyası İsrail qətliamlarına ortaqdır. ABŞ-ın əli fələstinli uşaqlarına qanına batıb”, – deyə dövlət başçısı bildirib/Axar.az.

Tarix: 22-05-2018, 09:24
Xəbəri paylaş





Xəbər lenti