Məşhur oliqarxı İngiltərədən niyə qovurlar?


Roman Abramoviçə viza verilməməsinin səbəbi açıqlanmır

Rusiyalı oliqarx, biznesmen və İngiltərənin “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç özünün Britaniya vizasının müddətinin uzadılması barədə etdiyi müraciətə hələlik heç bir cavab almayıb.

Məlumdur ki, Abramoviç ötən şənbə günü futbol üzrə İngiltərə kuboku uğrunda keçirilmiş final matçında iştirak edə bilməyib. Həmin görüşdə onun sahibi olduğu futbol klubu “Manchester United” klubuna 1:0 hesabı ilə qalib gələrək qələbə qazanıb.

BBC müxbirinin məlumatına əsasən, Roman Abramoviçin şəxsi "Boeing-767" təyyarəsi sonuncu dəfə Britaniyanı aprelin 1-də tərk edib və o vaxtdan bəri Britaniyaya dönməyib.

Oliqarxın çevrəsindəki mənbələr BBC-yə bildiriblər ki, Abramoviçin Britaniya vizasının müddəti aprelin sonunda başa çatıb, yenisi isə ona hələ verilməyib.

“Abramoviç ilk dəfə deyil ki, Britaniya vizasını uzadır, lakin bu dəfə yubanma baş verib, söhbət viza müraciətinə rədd cavabdan getmir” - deyə, oliqarxın çevrəsindəki mənbə BBC-yə bildirib.

Roman Abramoviç ile ilgili görsel sonucu

Britaniya hökumətinin saytında bildirilib ki, investor vizası ilk dəfə 40 ay müddətinə verilir. Bundan sonra 2 il müddətinə uzadıla bilər. Viza müraciətinin baxılması müddəti 3 həftəyə qədərdir.

Biznesmenin rəsmi nümayəndəsi John Mann məsələ ilə bağlı şərh verməyib.

Martın sonunda Britaniya investorlara vizaların verilməsinə dair dövlət proqramını yenidən nəzərdən keçirəcəyini bildirmişdi.

Biznesmenin nümayəndəsi informasiyanı şərh etməyib.

Nəşr qeyd edir ki, R. Abramoviç İngiltərədə 3 il 4 ay müddətinə verilən investisiya vizası ilə qalır. Bundan sonra viza uzadılmalıdır. Bunun üçün isə o, ölkə iqtisadiyyatına 2 milyon funt sterlinq sərmayə qoymalıdır.

Bu ilin əvvəlində məlum olmuşdu ki, “Çelsi” və klubun sahibi Roman Abramoviç maliyyə problemləri ilə üzləşib. Mənbə London klubunun son 6 ildə gəlir və xərclərini təhlil edərək statistik göstəriciləri digər Premyer Liqa klubları ilə müqayisə edib. Məlum olub ki, 2012-ci ildən “Arsenal”ın dövriyyə vəsaitləri 68, “Manchester United”in 71, “Liverpool”un 82, “Manchester City”nin 85, “Tottenham”in isə 100% artım göstərib. Son 6 ildə qeyd olunan klublardan daha çox İngiltərə çempionu olsa da, “zadəganlar”ın dövriyyə vəsaiti cəmi 33% artıb. Eden Hazardın transferindən sonra “Chelsea” qiyməti 40 milyon funtdan yüksək olan cəmi 2 transfer edib. Mançesterin 2 klubu 6 ildə qiyməti 40 milyondan çox olan 11 futbolçunu heyətinə qatıb. Son 4 mövsümdə London klubu futbolçu satışından 224, “Manchester United” 32, “Arsenal” 45, “Manchester City” isə 69 milyon funt qazanıb.

Ä°lgili resim

“Forbes” jurnalının son məlumatlarına əsasən, Abramoviç 10.2 milyard dollarla dünyanın 107-ci, Rusiyanın isə 13-cü ən zəngin insanıdır. Ötən dəfə isə Abramoviç 61-ci yerdə idi.

İkinci həyat yoldaşı ilə boşanmamışdan əvvəl Romanın banklardakı hesablarında 8 milyard funt sterlinqə yaxın pul var idi. Bundan başqa, Abramoviç maşın və yaxtalarla yanaşı, 28 milyon funt sterlinqlik villaya, bir çox ev və köşklərə sahibdir.

2003-cü ildə Roman Abramoviç 140 milyon funt sterlinqə İngiltərənin “Çelsi” futbol klubunu alır və faktiki olaraq, Böyük Britaniyaya köçür. İki il sonra isə o, "Sibneft" kompaniyasının səhmlərinin 75,7%-ni “Qazprom”a satır. Daha sonra qubernator postunu tərk etməyə cəhd edir, amma prezidentlə görüşdən sonra fikrini dəyişir. 2005-ci ildə onu yenidən Çukot əyalət dairəsinin başçısı vəzifəsinə təyin edirlər. 2008-ci ildə onun səlahiyyətləri könüllü istəyi ilə vaxtından əvvəl dayandırılır. O, əvvəlcə Çukot Dumasının deputatı, daha sonra isə Dumanın sədri olub.(“Yeni Müsavat”)


Tarix: 22-05-2018, 09:30
Xəbəri paylaş





Xəbər lenti