Pakistanda istidən 65 nəfər ölüb


Pakistanın Karaçi şəhərində istidən 65 nəfər ölüb.

“Report” "Pakistan Today" nəşrinə istinadən xəbər verir ki, bütün ölüm halları son üç gündə qeydə alınıb.

Onların bir çoxu evdə, günvurmadan sonra vaxtında həkim yardımı ala bilmədikləri üçün vəfat edib. Ölənlərin yaş həddi 6-78-ə qədərdir.

Sinoptiklərin xəbərdarlığına görə, Karaçidə daha bir neçə gün yeni isti hava dalğası gözlənilir. Havanın istiliyi 40 dərəcəyə yaxınlaşacaq.

Tarix: 23-05-2018, 01:04
Xəbəri paylaş





Xəbər lenti