Bu iki ölkə Rusiyaya qarşı birləşdi

 Danimarka və İsveç Rusiya təhdidinə qarşı birgə hərəkət etmək planı ilə bağlı razılığa gəlib.
Axar.az xəbər verir ki, razılaşma İsveç Müdafiə naziri Peter Hulquvist və danimarkalı həmkarı Klaus Frederiksonla görüşdə əldə edilib.
Məlumata görə, hər iki ölkə dəniz sularının və hava məkanın birgə qorunması barədə anlaşma imzalayıblar. Bildirilib ki, Rusiya qırıcılarına qarşı effektiv və ani hərəkət etmək üçün ölkələr bir-birinin hava və dəniz məkanına icazə almadan daxil ola biləcək.
Rusiya sualtı gəmilərinin Baltikdə hərəkətinin qarşısını almaq üçün də bir sıra planlar üzərində işlər görüləcək.
Tarix: 23-05-2018, 03:58
Xəbəri paylaş





Xəbər lenti