MDB-yə vida: Ölkə milyardlarla dollar itirdi


MDB-dən çıxması Ukraynaya milyardlıq itkilər bahasına başa gələcək.

Cebhe.info xəbər verir ki, bu barədə Polşa nəşri olan “Rzeczpospolita” yazıb.

Qəzetin yazdığına görə, Ukrayna faktiki olaraq heç bir zaman birliyin üzvü olmayıb. Amma birlik çərçivəsində minlərlə müqavilənin imzalanmasına nail olub.

Bu sənədlər humanitar, immiqrasiya, informasiya mübadiləsi, sənədlərin qarşılıqlı tanınması kimi  sahələri əhatə edib və Ukraynaya gəlir gətirib. Hətta vizasız rejim, pensiya və alimentlərin ödənilməsinə dair də sənədlər olub.

Ukraynalı ekspert Aleksandr Oximenkonun sözlərinə görə, azad ticarətlə bağlı sənəd bunların arasında ən əhəmiyyətlisidir. İndi isə Ukraynanın MDB-dən çıxması ilə bu sənəd də hüququ qüvvəsini itirir. Yenisini bağlamaq isə zaman tələb edəcək.

Statistika göstərir ki, Ukraynanın MDB ölkələri ilə ticarət dövriyyəsi 16 milyard dollar olub ki, bu da az rəqəm deyil. İndi isə Ukrayan bu imkanlardan məhrum qalacaq.

Tarix: 23-05-2018, 14:33
Xəbəri paylaş





Xəbər lenti