Milyarder sanksiyanın cəngində: ƏMƏKDAŞLIQ DAYANDI


Artıq Rusyaya tətbiq edilən sanksiyalar milyarderlərə öz təsirini göstərməyə başlayıb.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, artıq BTB milyarder Oleq Depiraski ilə əməkdaşlığı kəsib. Bu barədə CNBC-yə bankın sədri Andrey Kostin məlumat verib.

Onun sözlərinə görə, artıq milyarderlə heç bir əməliyyat aparılmır. Kostin məsələnin həllinə ümid etdiklərini və əməkdaşlığın bərpasını gözlədiklərini deyib. 

Ancaq şirkətin  üzərindən sanksiya götürülməyənə qədər heç bir əməkdaşlıq olmayacaq. Qeyd edək ki, Oleq Depiraski Rusiya və dünyada  böyük alüminium şirkətlərindən biri olan "Rusal"ın sahibidir.   

Tarix: 23-05-2018, 14:36
Xəbəri paylaş





Xəbər lenti