ABŞ Türkiyənin təhdidi qarşısında geri addım atdı: iyunun 21-də… - VİDEO


ABŞ Türkiyənin təhdidi qarşısında geri addım atdı: iyunun 21-də… - VİDEO

İlk “F-35” beşinci nəsil qırıcı-bombardmançı iyunun 21-də Türkiyəyə veriləcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Sənayesi Müşavirliyinin nümayəndəsi bildirib.

“ABŞ ilk “F-35” qırıcısını bizə iyunun 21-də verəcək. Ancaq qırıcı dərhal Türkiyədə olmayacaq, təyyarə 2019-cu ilin noyabrına qədər ABŞ-da pilotlarımızın təlimi üçün qalacaq”, - agentliyin həmsöhbəti deyib.

Lakin Türkiyənin sifariş etdiyi “F-35”lərin Türkiyəyə çatdırılmasında problemlər yarana bilər. Ötən həftə ABŞ Konqresinin Senatından sonra Nümayəndələr Palatasında da Türkiyəyə “F-35” döyüş təyyarələrinin satışınını qadağan edən qanun layihəsi hazırlanıb.



Daha əvvəl isə ABŞ-ın dövlət katibinin köməkçisi Uess Mitçell bildirib ki, Rusiyada “S-400” zenit-raket komplekslərinin alınması “F-35” qırıcılarının Türkiyəyə çatdırılmasına təsir edə bilər.

Öz növbəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu qeyd edib ki, qırıcıların Türkiyəyə çatdırılması bloklanarsa, Ankara Vaşinqtona qarşı cavab addımları atacaq.

Bu gün isə Türkiyə üçün istehsal edilərn ilk “F-35” təyyarəsi “Texas Fort Uort” bazasından havaya qaldırılıb.

Qeyd edək ki, “F-35 Lightning II” beşinci nəsil gözəgörünməz çoxfunksiyalı qırıcılar ailəsinə daxildir. “Lockheed Martin” korporasiyası 2001-ci ildən onun hazırlanması ilə məşğul olur. ABŞ-dan başqa, Böyük Britaniya, Niderland, İtaliya, İsrail, Kanada, Norveç, Yaponiya, Türkiyə və Cənubi Koreya qırıcıları almağı planlaşdırır.

Qırıcı üç variantda buraxılır: A ( hava qüvvələri üçün), B (sürətli uçuş və şaquli vəziyyətdə havaya qalxma imkanı olan) və C (hərbi dəniz donanması üçün).

Ömər Dağlı

Tarix: 23-05-2018, 21:45
Xəbəri paylaş





Xəbər lenti