Ruslar Ukraynada Leyla İbrahimovanın evinə basqın etdi - Sabiq prezidentdən açıqlama

Ruslar Ukraynada Leyla İbrahimovanın evinə basqın etdi - Sabiq prezidentdən açıqlama


Bu gün səhər saatlarında rus hərbçiləri Krım tatarlarının tanınmış siması, Zaporojye Vilayət Şurasının deputatı Leyla İbrahimovanın evinə basqın edib. 
Qaynarinfo-nun xəbərinə görə, bu barədə yayılan məlumatda deyilir ki, onlar deputatın evində axtarış aparıb. Daha sonra isə Leyla İbrahimovanı özləri ilə naməlum istiqamətə aparıblar.
Bir neçə saatdan sonra deputat evinə dönüb. Bu barədə onun yaxınları bildirib. Lakin Leyla İbrahimovanın özü ilə əlaqə saxlamaq mümkün olmayıb.
Ukraynanın 5-ci prezidenti Pyotr Poroşenko olaya münasibət bildirib. O, Leyla İbrahimovanı "müqavimət simvolu” adlandırıb: "Bu cəsarətli qadın Melitopolda əhalini toplayaraq aksiyalara çıxararaq rus işğalçılarına Melitopolun Ukrayna olduğunu göstərirdi. Xəbər yayılıb ki, Leyla evdədir, lakin onunla hələ ki, əlaqə yoxdur. 
Müqavimət liderlərini təqib edən rus cəlladları Krım ssenarisini işə salmaq istəyirlər. Amma buna imkan verməyəcəyik. Hər bir ukraynapərəst fəal Ukrayna dövlətinin və Ukrayna Silahlı Qüvvələrinin himayəsi altındadır”.
Tarix: 10-03-2022, 17:29
Xəbəri paylaş





Xəbər lenti