Rusiya Ukraynaya hücum etməzdən 25 dəqiqə əvvəl Putin Makrona nə dedi?- “Le Figaro”nun ARAŞDIRMASI


Putinlə Makronun telefon dialoqu Rusiya və Qərb arasında münasibətlərin hələ üzülmədiyini göstərən nazik ipdir. Putin üçün bu ipin qırılmasına imkan verməmək çox vacibdir. Çünki başqa əlaqələr demək olar ki, yoxdur. Makron üçün isə Putinlə danışmaq bacarığı və hansısa nəticəyə nail olmaq qarşıdan gələn seçkilərdə əlavə dividentdir.
Ona görə də, bu məsələdə hər bir söz önəmlidir və ən kiçik anlaşılmazlıq dramatik nəticələrə səbəb ola bilər.
İncə bir sap hələ də Avropada və hətta dünyada müharibənin dayanacağı ümidini saxlayır. Bu sap isə Paris və Moskvanı, Emmanuel Makron və Vladimir Putini birləşdirən təhlükəsiz rabitə xəttidir. Onlar hərbi əməliyyat başlayandan dörd dəfə, dekabrdan bəri isə on dörd dəfə danışıblar, hətta bir dəfə görüşüblər.
Telefon danışıqlarından əvvəl iki dövlət başçısının diplomatik müşavirləri arasında fikir mübadiləsi aparıldı:
“Mənim prezidentim sizin prezidentlə danışmaq istəyir”. Gündəlik dəqiqləşdirilir. İki liderin katiblikləri danışığa ciddi hazırlaşır. Təhlükəsiz xətt üzərindən zəng təşkil etmək üçün xüsusi rabitə mərkəzi Yelisey Sarayını Kremllə birləşdirir. Təyin olunmuş vaxtda Emmanuel Makron beş məsləhətçinin müşayiəti ilə qızıl salona gedir. Onun masasında ahtapot telefonu var. “Cənab prezident, Kreml əlaqə saxlayır”-deyə xəbərdarlıq edilir. Sonra söhbət başlayır. Parisdə eyni iki tərcüməçi növbə ilə işləyir. Emmanuel Makron və Vladimir Putin arasındakı danışıqların bütün tarixini nəzərə alaraq, onlar dialoqun rahat gedişatını təmin edirlər.
Müzakirə olunan mövzunun vacibliyini nəzərə alsaq, hər bir söz önəmlidir və ən kiçik anlaşılmazlıq dramatik nəticələrə səbəb ola bilər. Emmanuel Makron bəzən Vladimir Putini rus dilində salamlamağa icazə verir. Bəzən isə ona fransızca cavab verir. Lakin müzakirənin qalan hissəsi onların ana dilində gedir. Ofis həmkarları kimi bir-birlərinə “siz” deyə müraciət edirlər. Bir-birlərini bəyəndikləri üçün yox, müntəzəm görüşdükləri üçün. Bu da müəyyən yaxınlıq yaradır.
Bu danışıqlar hesabına Emmanuel Makron Vladimir Putinlə münasibətlərinə çox şey gətirdi. Prezidentlik müddətinin əvvəlində onu Versalda qəbul etdi, sonra 2019-cu ildə Biarritzdə G7 sammitindən əvvəl Fort Bregançonda görüşdülər. Makron hər dəfə görüşəndə Putinə kiçik bir hədiyyə verdi. Baxmayaraq ki, bunun Rusiya prezidentini razı salmayacağını bilirdi. Amma bu diqqət Putinə başını qaldırıb Emmanuel Makronun onunla danışdığına diqqət yetirməyə kifayət etdi. Yaxud Vladimir Putinin ona bir neçə kiçik mülahizə verməsi, bəlkə də absurd, amma dialoqu asanlaşdıracaqdı.
“Donbas respublikaları”nın müstəqilliyinin tanınmasından əvvəl maraqlı hadisə baş verdi. Rəsmi açıqlamadan bir saat əvvəl Kremldən Yelisey sarayına zəng gəldi. “Biz bir-birimizi tanıdığımız və müntəzəm ünsiyyətdə olduğumuz üçün sizi xəbərdar etmək istərdim”- deyə Rusiya prezidenti həmin axşam ona izahat verdi. Çoxsaylı görüşlər və müzakirələr sayəsində Emmanuel Makron artıq həmsöhbətini, onun sözlərini, düşüncə tərzini, ruh halını anlamağı öyrənib.
Ona görə də, Rusiya Prezidenti telefonla Ukraynanı “azifikasiya etmək” istəyini nümayiş etdirməyə başlayanda Emmanuel Makron onun sözünü kəsərək, vəziyyətə tam fərqli baxışı olduğunu xatırlatdı. Bəzən ironik bir tonda o, Avropada ifrat sağçı hərəkatları dəstəkləyən birinin “denazifikasiya” çağırışının ən azından yersiz göründüyünə işarə etdi. Bəzən Makron hətta danışıq tonunu qaldırırdı: “Siz ciddi səhv edirsiniz: Ukrayna nasist rejimi deyil, bu, doğru deyil”.
Amma çox vaxt dialoq yüksək diplomatiyanın kodlaşdırılmış dilində aparılır. Liderlər bir-biri ilə daha nəzakətli tonda danışmağa çalışırlar. Niyyət isə çox zaman gizlədilir. Elə indi olduğu kimi…
“Le Figaro”, Fransa. 9 mart 2022.
Tərcümə etdi: Lətif.A,
KONKRET.az
Tarix: 10-03-2022, 18:19
Xəbəri paylaş





Xəbər lenti