"Kadırovçu çeçenlər döyüşdən qaçan Rusiya əsgərlərini güllələmək üçün göndərilib..."


"Rusiya Stalinist və Hitlerçi müharibə üsullarını təkrarlayır..."
 
"Çeçenistan rəhbəri Ramzan Kadırovun Kiyev yaxınlığında dəstələri işğalçıları Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşməyə məcbur etmək üçün dayanır - bu, Rusiya ordusunun ruhdan düşdüyünü bir daha təsdiqləyir".
 
Moderator.az Ukraynanın "TSN" telekanalına istinadla xəbər verir ki, bu barədə Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fyodor Venislavski "Uarazom" ümumi telemarafonunun efirində danışıb.
 
"Kiyev vilayətində kadırovçuların xüsusi dəstələri var. Onlar Ukrayna Silahlı Qüvvələri ilə döyüşməkdən imtina edən və ya qaçmaq istəyən rus işğalçılarını atəşlə saxlayırlar. Belə ki, kadırovçular Rusiya hərbçilərini ölümlə hədələyərək geri çəkilməyə imkan vermirlər".
 
Onun sözlərinə görə, işğalçı qüvvələrdə “cəza dəstələri”nin yaradıldığı barədə məlumatlar var. Venislavski vurğulayıb ki, Rusiya Stalinist və Hitlerçi müharibə üsullarını təkrarlayır.
 
"Kiyev istiqamətində: Kiyev dənizi, İrpen, Qostomel, Buçada - dəqiq olaraq  Ukrayna Silahlı Qüvvələri ilə toqquşmadan qaçan rus hərbçilərini atəşlə saxlamağa çalışan Kadırovun xüsusi dəstələri  var. Bu, bizə optimist olmağa imkan verir, çünki düşmən güclüdür, lakin məğlubedilməz deyil”, - deyə deputat vurğulayıb.
 
Venislavski əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri artıq Rusiya ordusunun “gücü” ilə bağlı mifi darmadağın edib. Və yaxın gələcəkdə "biz işğalçıları dəhşətə gətirəcək tamamilə fərqli bir müharibə nümayiş etdirəcəyik".

Tarix: 11-03-2022, 09:07
Xəbəri paylaş





Xəbər lenti