Gürcüstanda mağazalardan kütləvi şəkildə şəkər, un və duz alınır



Son günlərdə Gürcüstan sakinləri hər yerdən kütləvi şəkildə şəkər, duz, yarma, un və digər məhsulları alırlar. Əhali Ukraynada baş verən hadisələrə görə ərzaq məhsullarının satışdan çıxarıla biləcəyindən ehtiyatlanır. Bu barədə Sputnik Gürcüstan xəbər verir.
Məlumatda deyilir ki, “Facebook” sosial şəbəkəsində mağazalardakı boş piştaxtaların fotoları paylaşılıb, bu da vətəndaşlar arasında narahatlıq yaradıb və onlar təcili ərzaq mağazalarına üz tutublar. Nəticədə bir neçə gün ərzində mağazalardan qənd yoxa çıxıb, un və bir sıra digər ərzaq məhsullarının isə qiyməti kəskin bahalaşıb.
Gürcüstan hakimiyyəti bildirib ki, bəzi məhsullara tələbatın kəskin artması səbəbindən distribyutor xidmətləri sadəcə olaraq yeni tədarük etməyə vaxt çatdırmayıb. Vurğulanır ki, ölkədə qıtlıq gözlənilmir. Lakin bazarda yaranmış qıtlıq səbəbindən bəzi məhsulların qiyməti artıq xeyli bahalaşıb.
virtualaz.org
Tarix: 11-03-2022, 16:38
Xəbəri paylaş





Xəbər lenti