Bayden Rusiyaya dollar göndərməyi QADAĞAN ETDİ


“Aşağıdakılar qadağandır-ABŞ-dan və ya ABŞ-dakı fiziki şəxslərindən, şirkətlərdən ABŞ dollarında nominalda olan əskinasların yerləşdiyi yerdən asılı olmayaraq, Rusiyaya birbaşa və ya dolayı yolla ixracı, təkrar ixracı, satılması və ya tədarük edilməsi.
Bu qadağa Rusiya Federasiyasında yerləşən hər hansı şəxsə münasibətdə də keçərlidir".
Cebhe.info xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden son müraciətində deyib.
Bundan əlavə, Co Bayden Rusiyadan alkoqollu içkilər, brilyantlar və dəniz məhsullarının idxalını, eləcə də ölkəyə lüks malların ixracını məhdudlaşdırıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Donbasda xüsusi hərbi əməliyyat elan edib. O, bu barədə 24 fevral 2022-ci ildə ruslara videomüraciətində bildirib. Dövlət başçısının da vurğuladığı kimi, Rusiya Federasiyası Ukraynanın işğalını planlaşdırmır, ölkənin demilitarizasiyasını hədəfləyir.
Tarix: 11-03-2022, 21:58
Xəbəri paylaş





Xəbər lenti