"Kremldə Ukrayna ilə bağlı böyük fikir ayrılığı var...-Onların bütün planlarını bilirik..."-VİDEO


"Rusiya hərbi-siyasi rəhbərliyinin əksər nümayəndələri, prezident Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu istisna olmaqla, Rusiyanın Ukraynaya qarşı müharibəsini davam etdirməsinin tərəfdarı deyil. Əməliyyatları dayandırmaq  üçün bəziləri əmrlərin yerinə yetirilməsinə qarşı təxribatlar da törədirlər".
 
Moderator.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov martın 11-də  “Ukrayna 24” kanalına müsahibəsində bildirib.
 
"Biz onların, demək olar ki, bütün planlarını bilirik. Böyük ofislərdə hansısa ideyalar yaranan kimi dərhal xəbər tuturuq. Bir daha deyirəm: Ukraynanı hərbi yolla ələ keçirmək cəhdləri uğursuzluğa düçar olacaq. Hazırda  Rusiyanın 18 batalyon taktiki qrupu öz döyüş qabiliyyətlərini  tamamilə itiriblər,  daha 13-ü tamamilə məhv edilib. 18 plyus 13 - 31 edir. Deməli, Rusiyanın 31 batalyon taktiki qrupu faktiki olaraq iki həftə ərzində döyüş qabiliyyətini itirib”, - deyə Budanov bildirib.
 
Onun sözlərinə görə, söhbət “rusların indiyədək heç vaxt görmədiyi dəhşətli itkilərdən gedir”.
 
“Buna əsaslanaraq reallıqdakı mənzərəyə, eləcə də bundan sonra Rusiya Federasiyasında başlayan iqtisadi problemlərin məcmusuna - hərbi itkilər, texnika itkiləri və bütün digər amillərə baxsaq, hərbi-siyasi rəhbərlik daxilində böyük problemlər başlayıb. Əslində indi Ukrayna ərazisində hərbi əməliyyatların davam etdirilməsini tamamilə birbaşa dəstəkləyən iki nəfər qalıb. Qalanların hamısı bunu istənilən tədbirlə dayandırmağa çalışır. Kimsə daha fəaldır, kimsə, sadəcə, susur, bəzən hətta Rusiyanın ali rəhbərliyinin bəzi komandanlıqlarını sabotaj etməyə çalışırlar. İndi Ukrayna ərazisində hərbi əməliyyatların davam etdirilməsinin tamamilə açıq tərəfdarı olan iki nəfər qalıb, bunlar Putin və Şoyqudur. Hətta Rusiya Federasiyasının generalları da əsasən bunun əleyhinədirlər" -deyə  Baş Kəşfiyyat İdarəsinin rəisi vurğulayıb.

 
Sultan Laçın

Tarix: 12-03-2022, 10:10
Xəbəri paylaş





Xəbər lenti