Rusiyadakı böhran İrəvanın ərzaq bazarını "vurdu"


Rusiyadakı böhran İrəvanın ərzaq bazarını "vurdu"
Ermənistanda ərzaq məhsulları yenidən bahalaşıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Müharibədən sonra yaranmış bahalaşma xaosunu xatırladan qiymət artımları ilə bağlı həyəcan təbili çalan saytlar hökumətin buna qarşı heç bir addım atmamasını da qınayıblar. - Son zamanlar Ermənistan mağazalarında alıcıları daha çox yeni sürprizlər gözləyir. Hər gün bir məhsul bahalaşır. O cümlədən, son günlər şəkər tozunun qiymətinin bir neçə dəfə artması da diqqət çəkir. 1 kiloqram şəkər tozunun qiyməti 10 gün ərzində 500 drama çatıb. Əvvəlki qiymət isə 400 dram idi.
Ev dustağı olan məşhur FTX generalı ilə İrəvanı nə bağlayır? Misal üçün, bu gün “Yerevan City” supermarketində 500 drama satılan şəkər tozunun qiyməti həftənin əvvəlində piştaxtada 440 dram göstərirdi. Xatırladaq ki, bu supermarketlər şəbəkəsi iş adamı Samvel Aleksanyanındır. Onun ailəsinə məxsus “Alex Holding” şirkəti isə Ermənistanın ən böyük şəkər tozu idxalçılarından biridir, - müəllif yazıb.

Məqalədə qeyd edilir ki, artıq insanlar supermarketlərdə alış-veriş etməkdən də çəkinirlər.

- Qiymət etiketlərinə baxıram, qanımda şəkər qalxır. Maaşlar, pensiyalar əvvəlki kimi qalıb, amma ərzaq qiymətləri o qədər qalxıb ki, az qalırsan ac qalasan. Satış üçün xəmir məhsulları bişirirəm və bu səbəbdən də tez-tez şəkər tozu alıram. Bu məhsul isə bir həftə ərzində 50 dram bahalaşıb,- Sona adlı erməni alıcı qiymətlərlə bağlı reportaj hazırlayan jurnalistə deyib.

O həmçinin gileylənərək qeyd eidb ki, pulu olsaydı şəkər tozunu kiloqramla deyil, torbalarda alardı ki, qiymətlər növbəti dəfə qalxanda büdcəsinə az zərər dəysin.

Digər müştəri Lusine də gileylənib. O deyib ki, bu günlərdə bitki yağı və makaron ehtiyatı yığıb. Lakin şəkər tozunu belə çoxlu çəkidə almağa hazırlaşmır . Çünki bu məhsuldan sadəcə çay içəndə istifadə edirlər.

- Əvvəllər bir aylıq ərzaq üçün 20 min dram bəs edirdi. Bu gün bu pulla bir həftəni çətinliklə idarə edə bilərsən. Hər şey o qədər bahalaşıb... Deyəsən, artıq çayı şəkərsiz, qəndsiz içməli olacayıq, - Lusine deyib.

Erməni ekspertlər isə əhalinin narazılığını təbii sayıblar. “Hayatsk” Analitik Mərkəzinin eksperti, iqtisadçı Liliya Amirxanyan məsələni şərh edərkən deyib ki, zəruri malların bahalaşması proqnozlaşdırılan hal idi. İlk növbədə bu, Rusiya-Ukrayna münaqişəsi ilə bağlıdır.

- Məsələ burasındadır ki, ticarətimizin böyük hissəsi Rusiya ilə qurulur. Məsələn, şəkər əsasən Rusiya Federasiyasından idxal olunur. Bu baxımdan, Əmirxanyanın fikrincə, inflyasiya qaçılmaz idi.

O, "Ölkəmizdə də dolların məzənnəsi yüksəlir, ona görə də istehlak bazarında baş verənlər proqnozlaşdırıla bilən idi. Bundan başqa, ötən ildən şəkər bazarında qiymət artımı müşahidə olunur. 2022-ci ilin fevral ayında analoji dövrlə müqayisədə keçən il bizdə şəkər məhsullarının qiymətində 18% bahalaşma olub” deyib. Onun sözlərinə görə, Ermənistanın mal idxal etdiyi bazarlarda qiymət artımı riski kifayət qədər yüksəkdir. Lakin Əmirxanyan bunun fonunda ədalətsiz rəqabət təzahürlərinin baş verə biləcəyini də istisna etmir. Məsələ burasındadır ki, Ermənistanda hələ də “ucuz” vaxtı alınmış şəkərin müəyyən ehtiyatları var və bu halda iqtisadi rəqabət komissiyası operativ şəkildə araşdırmalı və qiymət artımının hazırda əsaslı olub-olmadığını öyrənməlidir.

İqtisadçı xəbərdarlıq edir ki, Rusiyanın ərzaq təhlükəsizliyini əsas götürərək vacib mallara kvota tətbiq etməsi mümkündür. Müvafiq olaraq, bazar tənzimləyiciləri mümkün qədər cəlb edilməlidir.
Yeni idxal mənbələrinin axtarışına gəlincə, Əmirxanyan qeyd edir ki, bazarın şaxələndirilməsi məsələsi çox mühümdür və hazırda aktuallıqdan da artıqdır, - məqalədə yazılıb.

Xatırladaq ki, bir müddət öncə Ermənistanda bitki yağı bazarında qiymətlərin və tələbatın kəskin artması ilə bağlı da məlumat yayılmışdı. Qeyd ediirdi ki, son 10 gündə Ermənistanda bitki yağı 10% bahalaşıb.
Tarix: 12-03-2022, 12:43
Xəbəri paylaş





Xəbər lenti