Rusiya Lvov bölgəsinə aviazərbələr endirdi



Rusiyanın Lvov bölgəsində Yavoriv poliqonuna raket hücumu nəticəsində 9 nəfər həlak olub. RBK-Ukrayna Lvov hərbi administrasiyasının rəhbəri Maksim Kozitskiyə istinadən verdiyi məlumata görə, daha 57 nəfər yaralanıb.
Onun sözlərinə görə, Rusiya aviasiyası 30-a yaxın raket atıb, onlardan bəziləri hava müdafiəsi sistemləri tərəfindən vurulub.
***
10:05
Rusiya ordusu Lvov yaxınlığındakı Beynəlxalq Sülhün Müdafiəsi və Təhlükəsizlik Mərkəzinə (Yavorovski hərbi poliqonu) hava zərbəsi endirib. İlkin məlumata görə, səkkiz raket atılıb - bunu Lvov bölgə hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.
Onun sözlərinə görə, aviazərbənin qurbanları barədə məlumat müəyyən edilir.
"İşğalçılar beynəlxalq sülhməramlılar və təhlükəsizlik mərkəzinə aviazərbələr endiriblər. İlkin məlumata görə, onlar 8 raket atıblar...", - rəsmi qeyd edib.
Bundan əvvəl Lvovda hava həyəcanı elan edildiyi bildirilib. Qeyd olunur ki, rayon mərkəzində iki güclü partlayış səsi eşidilib.
Yerli deputat İqor Zinkeviç yazıb ki, partlayışlar Ukrayna hava hücumundan müdafiə sisteminin "Rusiya raketləri üzərində işinin" nəticəsidir.virtualaz.org
Tarix: 13-03-2022, 13:50
Xəbəri paylaş





Xəbər lenti