Peskovun qızı sanksiya siyahısına salınmasına görə qəzəbləndi


24 yaşlı Peskova hesab edir ki, bu ağılsızlıq və “cadugər ovudur”
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Liza Peskova sanksiya siyahısına salınmasından qəzəblənib. AYNA xarici mediaya istinadən bildirir ki, 24 yaşlı Peskova hesab edir ki, bu ağılsızlıq və “cadugər ovudur”.
“Bu gün ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyində mənə qarşı irəli sürülən sanksiyaların əsaslandırılmasını oxudum. Fikrimcə, artıq çoxdandır öz şəxsi və professional həyatını yaşayan böyük övladlara sanksiya tətbiq etmək ağılsızlıqdır. Qohumlara müharibəyə kömək etməkdə ittiham etmək ağılsızlıqdır”, – Liza sosial şəbəkə hesabında yazıb.
Peskovun qızı vurğulayıb ki, bu qaydaları əldə rəhbər tutaraq Avropa və Amerikada hər bir ailənin tarixini qaldırmaq, əcdadlarının atdığı addımlara görə onların uşaqları və nəvələrinə sanksiya tətbiq etmək olar: “Biz onu da əla başa düşürük ki, belə “cadugər ovu” və ruslarla bağlı olan hər şeyə ağılsız nifrət zamanı, orada ədalətli məhkəmə yoxdur. Görünür orada hüquqlar müxtəlif kateqoriyadan olanlara müxtəlif cür şamil olunur”.
Tarix: 14-03-2022, 08:38
Xəbəri paylaş





Xəbər lenti