Defolta doğru: Rusiya öz qızıl valyuta ehtiyatlarının yarısına çıxışdan məhrum olub...

Defolta doğru: Rusiya öz qızıl valyuta ehtiyatlarının yarısına çıxışdan məhrum olub...
Qərbin sanksiyaları Rusiyanı öz qızıl valyuta ehtiyatlarının yarısına çıxışdan məhrum edib, bu da təxminən 300 milyard dollar deməkdir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Rossiya- 1" telekanalına müsahibəsində Rusiyanın maliyyə naziri Anton Siluanov məlumat verib.
 
"Bizim ehtiyatlarımızın ümumi həcmi təxminən 640 milyard dollar təşkil edir, bunun təxminən 300 milyard dolları elə vəziyyətdədir ki, biz onlardan istifadə edə bilmirik", - "İnterfaks" agentliyi nazirin sözlərindən iqtibas gətirib.
 
Siluanovun sözlərinə görə, Rusiyanın ehtiyatlarının dondurulması ucbatından öhdəliklərin, xüsusilə borclarla bağlı öhdəliklərin icrasında problemlər yaradıb.
 
Nazir məlumat verib ki, Rusiya özünün suveren borcunu, o cümlədən nominal valyutada, müvəqqəti olaraq, qızıl valyuta ehtiyatlarının yenidən aktivləşməsinədək rublla ödəyəcək. İlk növbədə bu, "dost olmayan" ölkələrə aiddir, bu siyahıya, demək olar ki, Avropanın əksər ölkələri daxildir.
 
"Biz kritik idxalı- ərzaq məhsulları, dərman preparatları, bir sıra həyati əhəmiyyətli malları ödəməliyik. Rusiyaya dost olmayan münasibət göstərən və qızıl valyuta ehtiyatlarına məhdudiyyət qoyan belə dövlətlərə ödəməli olan borclarımızı rubl ekvivalentilə ödəyəcəyik", - Siluanov deyib.
Nazir əlavə edib ki, Rusiyanın qızıl valyuta ehtiyatlarının bir hissəsi yuan formasında saxlanılır. Bu ehtiyatlar hələ dondurulmayıb. Lakin Qərb Çini də məcbur edir ki, Rusiyanın öz valyutasına çıxışını məhdudlaşdırsın. Rusiya bankının dondurulmuş vəsaitləri artıq Ukrayna üçün ehtiyat edilib, bunu Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri bəyan edib.
 
Martın 11- də Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva CNBC telekanalına şərhində Qərbin sanksiyaları ucbatından Rusiyada defoltu ehtimal edib.
 
"Rusiyaya qarşı tətbiq edilən misli görünməmiş sanksiyalar ölkəni resessiyaya salıb. Bizim proqnozlarımıza görə, bu resessiya dərin xarakter daşıyacaq", - o, belə deyib.

Tarix: 14-03-2022, 11:02
Xəbəri paylaş





Xəbər lenti