Putin: "Sanksiyalar dünya iqtisadiyyatına zərbə vurur"


Rusiya Federasiyası prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı keçirdiyi müşavirədə ölkəsinə qarşı tətbiq edilən sanksiyaların bütün dünya iqtisadiyyatına zərbə vurduğunu deyib.


Pravda.az-ın xəbərinə görə, o, çıxışında Qərb insanlarına müraciət edərək sanksiyaların mənfi təsirində günahkarın Rusiya Federasiyası deyil, Qərbin olduğunu vurğulayıb.

Putin eyni zamanda ABŞ və Avropa İttifaqının Rusiyanın valyuta ehtiyatlarını dondurmaqla onların ölkəsi qarşısında öhdəliklərini faktiki olaraq yerinə yetirməyərək defolt elan etdiyini də qeyd edib.
Tarix: 16-03-2022, 22:06
Xəbəri paylaş





Xəbər lenti