Ukrayna XİN başçısı Almaniya Kanslerinə cavab verib



“Ukraynadakı müharibəyə məsuliyyəti təkcə Prezident Vladimir Putin daşımır”.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviter səhifəsində yazıb.
“Eyni zamanda onun siyasətini dəstəkləyən və planlarını həyata keçirən ruslar da məsuliyyət daşıyırlar. Reallıq budur ki, Ukrayna şəhərlərinə bombalar yağdırılır və bəziləri Putini dəstəkləyir. Onlar təbliğatla zəhərlənsələr də, məsuliyyət daşıyırlar”, - o vurğulayıb.
Qeyd edək ki, Almaniya Kansleri Olaf Şolts ruslara qarşı təhqirlərin yolverilməz olduğunu demiş, müharibəyə görə ancaq Putinin cavabdehlik daşıdığını bildirmişdi.
Tarix: 18-03-2022, 15:01
Xəbəri paylaş





Xəbər lenti