Klinton və Buş Ukrayna kilsəsinə gəldi və...-FOTO

Klinton və Buş Ukrayna kilsəsinə gəldi və...-FOTO
Bill Klinton və Corc Buş “Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirmək” üçün Çikaqodakı Ukrayna Müqəddəs Vladimir və Olqa kilsəsini ziyarət ediblər.
Moderator.az  xəbər verir ki, “Evropeyskaya Pravda”nın yazdığına görə,  müvafiq videonu ABŞ-ın hər iki keçmiş prezidenti paylaşıb.
 
Hər iki eks-prezident əllərində parlaq sarı günəbaxan buketi ilə kilsəyə daxil olublar. Hər ikisi də paltarlarına sarı-göy lent bağlayıb.
 
 "Amerika azadlıq və zülmə qarşı mübarizəsində Ukrayna xalqı ilə birdir"- deyə Bill Klinton videonu şərh edib.
 
"Amerika öz azadlığı və gələcəyi üçün mübarizə aparan Ukrayna xalqı ilə həmrəydir"-  Corc Buş prezident mərkəzinin "tvitter" səhifəsində isə videoya belə şərh verilib.
Tarix: 19-03-2022, 08:56
Xəbəri paylaş





Xəbər lenti