Lavrov: “Polşanın NATO sülhməramlılarını Ukraynaya yerləşdirmək təşəbbüsü demaqoqluqdur”



Polşanın NATO sülhməramlılarını Ukraynaya yerləşdirmək təşəbbüsü demaqoqluqdur. NATO üzvləri anlamalıdırlar ki, onlar belə vəziyyətdə realist davranmalıdırlar.
 
Pravda.az-ın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiya liderləri” müsabiqəsinin final mərhələsinin açılışında deyib.
 
“İstisna etmirəm ki, birdən-birə belə bir qərar qəbul olunarsa, Lvov şəhəri başda olmaqla Ukraynanın qərbinə nəzarəti ələ keçirəcək bu sülhməramlı qüvvələrin əsasını Polşa kontingentinin təşkil edəcəyini güman etmək olar və onlar orada uzun müddət qalacaq. Mənə elə gəlir ki, plan elə bundan ibarətdir” - Lavrov qeyd edib.
Tarix: 19-03-2022, 17:05
Xəbəri paylaş





Xəbər lenti