Elmar Vəliyevə sui-qəsddən sonra terrorçuluğa çağırış edən 21 şəxsə cinayət işi açıldı ...


Musavat.com-un hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanmış, 3 şəxs həbs edilmişdir. Digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilmişdir.
Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilmişdir.

Tarix: 13-07-2018, 13:58
Xəbəri paylaş





Xəbər lenti