Terror hadisəsi bağlı daha bir neçə nəfər tutuldu

 Bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb

 Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Əliyev Akif İsmayıl oğlu — 1966-cı ildə anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib. Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Gəncə hadisələrində təqsirləndirilən şəxslər
Gəncə hadisələrində təqsirləndirilən şəxslər

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhədini Qusar rayonu ərazisindən,  1 nəfər isə Azərbaycan-Gürcüstan sərhədinin Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.



Tarix: 14-07-2018, 16:55
Xəbəri paylaş





Xəbər lenti