AMEA-da NƏ BAŞ VERİR? - "Biz məzuniyyətdə idik, işə yeni qayıtmışıq"

AMEA-da NƏ BAŞ VERİR?
“Bizə Elm və Təhsil Nazirliyindən və digər qurumlardan məktublar daxil olub ki, institutun əməkdaşları haqqında, institutun strukturu və bazası haqqında nazirliyə məlumat verək. Biz o məlumatları hazırlayıb göndərmişik. İndi növbəti addımı gözləyirik, bir yenilik yoxdur”. Siam.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya AMEA institutlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı danışan Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru Misir Mərdanov deyib.

Sabiq təhsil naziri görüləcək işlərin yekunlaşması üçün Fərmanda qeyd olunan tarixin bitmədiyini bildirib:

“Biz məzuniyyətdə idik, işə yeni qayıtmışıq. Cənab prezidentin sərəncamında göstərilib ki, 3 ay ərzində müəyyən məsələlər həll olunsun. Hələ 3 ayın bitməsinə xeyli var. Yəqin ki, ardıcıl olaraq məsələni həll edəcəklər”.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılıb.

Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib.
Tarix: 7-09-2022, 15:38
Xəbəri paylaş





Xəbər lenti